Accessibility links

Mosulda hava hücumları nəticəsində İŞİD-in qərargahı dağıdılıb


Birləşmiş Ştatların dəstəyi ilə Mosuldan qərbdə keçirilmiş hava hücumları nəticəsində İŞİD-in xəstəxana kompleksində yerləşən qərargahı dağıdılıb. Bu haqda məlumatı ABŞ hərbi qüvvələrinin rəsmiləri verib.

Şənbə günü açıqlanan bəyanatda deyilir ki, ABŞ-ın İraq və Suriyada xüsusi təyinatlı qüvvələrinin bildirdiyinə görə, İŞİD Mosulda Əl Cumhuri tibb kompleksində yerləşən binadan İraqda əməliyyatlara nəzarət etmək üçün istifadə edirdi.

"İŞİD Silahlı Münaqişələrə dair Qanuna əhəmiyyət verməməyə davam edir və xəstəxanalar,məktəblər və məscidlər kimi tikililərdən özlərini koalisiyanın hava hücumlarından qorumaq məqsədilə istifadə edir"-bəyanatda bildirilir.

İŞİD Silahlı Münaqişələrə dair Qanuna əhəmiyyət verməməyə davam edir və xəstəxanalar, məktəblər və məscidlər kimi tikililərdən özlərini koalisiyanın hava hücumlarından qorumaq məqsədilə istifadə edir.
ABŞ hərbi qüvvələri

Hərbi qüvvələrin bəyanatında deyilir ki, koalisiya qüvvələri silahlı münaqişələrlə bağlı qanunlara riayət etməyə davam edir və hava hücumlarını mülki əhaliyə minimal təsirlər həyata keçirməyə çalışır.

Mosulda keçirilmiş hava hücumu cümə günü İraq və Suriyada İŞİD-ə qarşı 20 hava hücumu sırasında olub. Koalisiya qüvvələrinin Mosul yaxınlığında keçirdiyi üç hava hücumu nəticəsində tikinti avadanlığı və 11 təchizat marşrutu dağıdılıb.

İŞİD-in daha bir qərargahı Əl Humeya yaxınlığında dağıdılıb. Kərkük yaxınlığında hava hücumları zamanı isə İŞİD-in nəzarətində olan daha bir bina dağıdılıb.

XS
SM
MD
LG