Accessibility links

ABŞ dəniz donanmasının hərbiçisi İŞİD-n hücumu zamanı həlak olub


İraqın şimalında İŞİD-ın Kürd Peşmərgə mövqelərinə hücumu zamanı ABŞ hərbi dəniz donanmasının bir hərbçisi həlak olub.

Pentaqon bildirib ki, hücum baş verən zaman Çarlz Keatinq Mosulun şimalında Peşmərgə döyüşçülərinə təlim verirdi.

Keatinq 1980-ci ildə ABŞ-da qənaət və kredit müəssisələrinin iflasa uğramasına dair qalmaqalın mərkəzində olan eyni adlı tanınmış maliyyəçinin nəvəsidir.

Bu, ABŞ-ın başçılıq etdiyi koalisiya 2014-cü ildə İraqda İŞİD-a qarşı kampaniyalara başlayandan bəri həlak olan üçüncü Amerika döyüşçüsüdür.

İŞİD yaraqlıları bir neçə hücum həyata keçirərək, Mosulun şimalı və cənubunda kürdlərini mövqelərinə atəş açıb. Kürd qüvvələri ABŞ-ın hərbi məsləhətçilərindən yardım və koalisiya qüvvələrindən hərbi dəstək alır.

Kürd qüvvələri İŞİD-ın hücumundan bir qədər sonra iki şəhərin nəzarətini tam ələ keçirib.

Kürdüstan Regional Təhlükəsizlik Şurası bildirib ki, Telskuf və Musqelat şəhərləri koalisiya qüvvələrinin hava hücumlarının köməyi ilə təhlükəsizləşdirilib. Hücumlar zamanı 80-dən çox İŞİD döyüşçüsü öldürülüb 25 İŞİD avtomobili məhv edilib.

Ölənlərin sayı müstəqil təşkilatlar tərəfindən təsdiq edilməyib.

XS
SM
MD
LG