Accessibility links

Mosul uğrunda döyüşlər davam edir


İraqda kürd döyüşçüləri bu gün Mosulun şərqində İŞİD yaraqlı qrupu ilə ağır döyüşlər keçirib.

Başiqa şəhəri peşmərgə döyüşçüləri adlanan kürd qüvvələri tərəfindən bir neçə həftədir ki, mühasirəyə alınıb.

Bazar ertəsi baş vermis atışma İŞİD qrupunu ərazidən çıxarmaq uğrunda aparılan ən şiddətli döyüşlər olub. Qrupun döyüşçüləri hazırda Mosulun 13 kilometr şimal-şərqinə çəkilmək məcburiyyətində qalıb.

Kürd qüvvələri irəlilədikcə, şəhərə qarşı daha da çox artileriya və hava hücumları həyata keçirilir.

Üç həftə davam edən Mosul döyüşləri İraq qüvvələrinin şəhərin əhalinin daha sıx məskunlaşdığı ərazilərinə irəliləməsi ilə yavaşıyıb.

XS
SM
MD
LG