Accessibility links

İraqın İslam Dövlətinin nəzarətində olan Mosul şəhərində milyona yaxın insan qalır.

İraq, kürd və yerly tayfaların döyüşçüləri şəhərə yaxınlaşdıqca qadın, kişi, qadın və uşaqların şəhəri tərk edə biləcəyinə ümid edilir. Bu insanların müdafiəsi dünya tarixində ən mürəkkəb humanitar əməliyyat hesab edilir.

Kürd qüvvələri şərqdən, İraq qüvvələri şimaldan şəhərə daxil olmağa çalışır. Əməliyyatlar ABŞ qüvvələrinin havadan yardımı ilə həyata keçirilir.

BMT-nin bildirdiyinə görə, insanlar döyüşlərdən qaçmağa cəhd edir. Keçən həftə İŞİD tərəfindən 3 minə yaxın insan ələ keçirilib.

Onlardan insan qalxanı kimi istifadə edilir. Deyildiyinə görə, insanlar diri-diri yandırlır, güllələnir.

Yaxınlıqdakı qaçqın düşərgələrində insanların sayı artır. Humanitar yardım agentlikləri əlavə çadırlar salır. İnsanlar arasında çaşqınlıq yaşanır. İki il İŞİD-in nəzarəti altında yaşayan bəzi adamlar onlarla əməkdaşlıq edir.

Yardım agentlikləri insanların müdafiəsi üçün hər şeyi edir

BMT-nin koordinatoru Lise Brandon bildirdiyinə görə, yardım agentlikləri insanların müdafiəsi üçün hər şeyi edir.

Bağdad hökuməti, Kürdüstanın regional hökuməti və sunni tərəfdarı sabiq vali arasında fakir ayrılıqları əməliyyatları çətinləşdirir.

Bu fakir ayrılıqları Mosulun parçalanmasına yol açıb. Onların hər biri mülki və hərbi rəsmiləri, unikal və spesifik müdafiə taktikasına malikdir.

XS
SM
MD
LG