Accessibility links

Mosul əməliyyatlarının yeni fazasına start verilib


ABŞ-ın müşayiəti ilə İraq qüvvələri Mosulun qərb bölgəsindəki İŞİD yaraqlılarına qarşı hərbi əməliyyatları davam etdirir. Artıq 4-cü aydır ölkənin ikinci ən böyük şəhərinin nəzarəti uğrunda mübarizə aparılır.

"Qüvvələrimiz vətəndaşları İŞİD-in terrorundan azad etmək əməliyyatlarına başlayıb" - deyə İraqın baş naziri Heydər Əl-Əbədi bildirib. Nazir əməliyyatların yeni fazasına start verildiyini bəyan edib. Əl-Əbədi təhlükəsizlik qüvvələrini hərbi əməliyyatlar zamanı insan haqlarına ehtiram göstərməyə çağırıb.

Qüvvələrimiz vətəndaşları İŞİD-in terrorundan azad etmək əməliyyatlarına başlayıb

Yeni əməliyyatlar nəticəsində bir neçə kənd ələ keçirilib. Hazırda hədəf Mosulun hava limanıdır.

Baş nazir deyib ki, Mosulun şərqi artıq terrorçulardan təmizlənib. Qərbi isə 3 aydır ordunun mühasirəsindədir.

Birləşmiş Ştatların dəstəyi ilə Mosuldan qərbdə keçirilmiş hava hücumları nəticəsində İŞİD-in xəstəxana kompleksində yerləşən qərargahı dağıdılıb. Bu haqda məlumatı ABŞ hərbi qüvvələrinin rəsmiləri verib.

Şənbə günü açıqlanan bəyanatda deyilir ki, ABŞ-ın İraq və Suriyada xüsusi təyinatlı qüvvələrinin bildirdiyinə görə, İŞİD Mosulda Əl Cumhuri tibb kompleksində yerləşən binadan İraqda əməliyyatlara nəzarət etmək üçün istifadə edirdi.

Heydər Əl-Əbədi
Heydər Əl-Əbədi

"İslam Dövləti" qruplaşması (İŞİD) şəhəri 2014-cü ildə ələ keçirib. Mosulun terrorçulardan azad olunması əməliyyatına keçən ilin oktyabrından başlanılıb.

XS
SM
MD
LG