Accessibility links

Mosul uğrunda döyüşlərin uğurla başladığı bildirilir


İraqdakı kürd liderlər bildirir ki, İraq qüvvələrinin uzun zamandır İŞİD qruplaşmasının əlində olan Mosul şəhərinə qarşı başlatdığı əməliyyat barədədaxil olan ilkinilkin məlumatlarda qoşunların uğur əldə etdiyi deyilir.

Yerli vaxtla səhər saat 6:00-dan bəri 200 kv. kilometrlik ərazi İŞİD qruplaşmasından azad edilib. Bu barədə məlumatı İraq Kürdüstanının prezidenti Məsul Bərzani televiziya ilə canlı yayımlanan mətbuat konfransı zamanı verib.

"Mosul azad ediləcək və döyüşçülərimiz Mosulun Hələbə çevrilməsinə icazə verməyəcək" - deyə o, əlavə edib.

Bu əməliyyat ABŞ ordusunun 5 il əvvəl İraqı tərk etməsindən bəri ilk ən böyük əməliyyatdır. Əməliyyatda Birləşmiş Ştatların başçılıq etdiyi koalisiya qüvvələrinin havadan dəstəyi də olmaqla, kürd və sünni döyüşçüləri, şiə hərbçiləri iştirak edir.

İraqın baş naziri Heydər Əl-Abadi bu gün deyib ki, xalq qələbəni bütöv bir dövlət olaraq qeyd edəcək.

Mosul uğrunda döyüşlər ağır olacaq, ancaq İraq təhlükəsizlik qüvvələri döyüşməyə hazırdır.
ABŞ ordu generalıQeri Voleski

ABŞ rəsmiləri bu missiyanı İŞİD-ə qarşı "mühüm qərar" adlandırıb. Ancaq onlar Mosul uğrunda döyüşlərin həftələr və ya daha uzun zaman ala biləciyini dilə gətiriblər.

"Mosul uğrunda döyüşlər ağır olacaq, ancaq İraq təhlükəsizlik qüvvələri döyüşməyə hazırdır" - deyə ABŞ ordu generalı Qeri Voleski bildirib. Koalisiyanın İraqdakı ən yüksək rütbəli generalı olan Voleskinin sözlərinə görə, koalisiya iraqlıların Mosulu azad etməsini dəstəkləməsindən qürur hissi keçirir.

XS
SM
MD
LG