Accessibility links

Peşmərgə Mosul uğrunda döyüşləri intensivləşdirib [Video]


Kürdlərin Peşmərgə ordusu İraqın 2014-cü ilin iyul ayından bəri İslam Dövləti qrupunun yaraqlıları tərəfindən işğal edilən Mosul şəhərinı geri almaq üçün döyüşləri intensivləşdirib.

Gecə qaranlığında döyüşçülər bir neçə saat sonra başlayacaq əməliyyata hazırlaşdıqları üçün yatmağa vaxt yoxdur. Məqsəd İslam Xilafəti adlanan ərazinin mərkəzinə daxil olmaqdır.

Cəbhə xəttində kürd komandirləri ilə yanaşı Amerika ordusunun məsləhətçilərini də görmək olar. Lakin onlar oradakı fəaliyyətləri haqda danışmaq istəmir.

Qurudan hücumlara başlamazdan əvvəl Birləşmiş Ştatların başçılıq etdiyi koalisiya qüvvələrinın qırıcı təyyarələri İslam Dövləti qrpunun mövqelərini havadan bombalayır. Bundan sonra Peşmərgə döyüşçüləri hücuma keçir. Lakin yeraltı tunellərin qazıldığı evlərdə gizlənmiş yaraqlılar Peşmərgə qüvvələrinin irəliləməsinə mane olur.

Peşmərgə ordusunun A bölməsi qarşıdakı evdə olan yaraqlıları hədəf alıb. İŞİD yaraqlıları isə mövqelərindən geri çəkilmək və təslim olmaq istəmir.

Biz jurnalistlər bundan yaxına gedə bilmirik. Peşmərgə döyüşçüləri deyir ki, bundan əvvəl onlar heç bir müxbirə A bölməsinin əməliyyatlarını çəkməyə icazə verməmişdi.

Bu əməliyyatda Peşmərgə döyüşçülərinin ikisi ölüb, altısı isə yaralanıb.

Peşmərgənin əvvəllərlə müqayisədə silahı çox olsa da, belə görünür onların hücumlarının koordinasiyası üçün məsləhətə ehtiyacı var. Bəzi döyüşçülər komandirlərin əmrinə məhəl qoymadan özbaşına hərəkət edir. İtkilərin sayı bununla izah edilə bilər.

Bundan sonra tanklar görünür. Döyüşlər onlarla İŞİD yaraqlısının öldürülməsi ilə başa çatır. Bir daha istifadə edilməməsi üçün yaraqlıların olduğu evlər və tunellər məhv edilir. Bu kənd yaraqlılardan təmizlənib. “Xoşbəxtlikdən biz 200 km ərazidəki 10 kəndi azad edə bildik. Hazırda Mosul biz durduğumuz yerdən 18 km. məsafədədir” deyə, Peşmərqə komandiri bildirir.

Qələbə bu kəndlərin tamamilə dağılması bahasına başa gəldi. Buraların nə vaxt bərpa ediləcəyi və sakinlərin nə zaman geri dönəcəyi isə məlum deyil.

XS
SM
MD
LG