Accessibility links

İraqın hava qüvvələri Mosul sakinlərinə minlərlə xəbərdarlıq vərəqəsi atıb. Vərəqələrdə əməliyyatdan əvvəl əhalinin təhlükəsizliklə bağlı nə edə biləcəyi yazılıb. Xəbərdarlıq Mosulun İŞİD-in nəzarətindən geri alınması əməliyyatlarından əvvəl verilib.

Vərəqələrdə əhalinin pəncərələrinin çərçivələrini gücləndirmələri, hava hücumu zamanı bomba düşən yerlərin ətrafına azı bir saat getməmələri, vacib olmadıqca maşından istifadə etməmələri yazılır. Həmin vərəqələrdə döyüşlərdəki son qələbələrdən də bəhs edilir.

Kürdüstanın regional hökumətinin rəhbəri, prezident Məsud Bərzani Mosula hücum hazırlıqlarının başa çatdığını bəyan edib. O, əməliyyatların uğurla nəticələnəciynə ümid bəslədiyini bildirib.

ABŞ prezidentinin xüsusi nümayədəsi Brett Maggurd deyib ki, Mosul əməliyyatlarının nə zaman başlanacağını İraqın baş naziri Əbədi elan edəcək.

Bəzi təhlilçilər etnik və dini düşmənçiliklərin hərbi kampaniyanı kölgə altına alacağı barədə xəbərdarlıqla çıxış edir.

İraqın ikinci ən böyük şəhəri olan Mosulu 2014-cü ilin iyununda “İslam Dövləti” qruplaşması (İŞİD) ələ keçirib.

Oktyabrın 15-dən gecə İraq ordusunun koalisiya qüvvələrinin yardımı ilə Mosulun şərqini havadan bombaladığı xəbərləri yayılıb.

Mosulun azad edilməsi əməliyyatları bir neçə həftədir yubadılırdı. Belə ki, koalisya müttəfiqləri Mosulun Nineveh regionunun azad edildikdən sonra kim tərəfindən idarə edilməsi məsələsinə görə fikir ayrılıqlarına malikdir.

Kürdlər Peşmərqə ordusu tərəfindən regionun xilas edilməsindən sonra bu ərazinin Kürdüstana məxsus olacağını bildirir.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan baş nazir Heydər Əbədinin Mosul yaxınlığındakı bazadan 2 min turk əsgərinin çıxarılması tələbinə bir daha etirazını bildirib. O deyib ki, Mosul sunni müsəlmanların nəzarətində olmalıdır.

XS
SM
MD
LG