Accessibility links

Mosulda 54 mindən çox insan məcburi köçkün vəziyyətinə düşüb


BMT-nin bildirdiyinə görə, İraq ordusunun İŞİD-a qarşı əməliyyatlar apardığı Mosulda 54 mindən çox insan evlərindən didərgin düşüb.

BMT sözçüsü deiyb ki, keçən həftənin cümə günündən bəri evlərindən didərgin düşənlərin sayı 6600-ə çatıb. Onların əksəriyyəti qaçqın düşərgələrinə yerləşdirilib.

İraqın xüsusi təyinatlı qüvvələri qaçqınların düşərgələrə buraxılmasından əvvəl onların İŞİD qrupu ilə əlaqələri olub-olmadığını yoxladıqlarını bildirib. Onlar eyni zamanda Mosulun Qadisiyyə və Zahra məhəllərini İŞİD qüvvələrindən azad etdiklərini bildirib.

İraq hərbi qüvvələri ABŞ-ın başçılıq etdiyi koalisiyanın hava hücumlarının köməyi ilə tədricən şəhərin daxilində irəliləyir. Ordu İŞİD yaraqlılarının intiharçı hücumlarının əsgərlər və mülkü vətəndaşlar arasında tələfatlara səbəb olmaması üçün ehtiyatlı davranır.

Ümumdünya Ərzaq Proqramı Mosulda İraq ordusu tərəfindən ilk azad edilən Qocali qonşuluğu da daxil olmaqla, Mosul və onun ətraf rayonlarında 100 mindən çox insanı ərzaq yardımı ilə təmin etdiyini bildirib.

XS
SM
MD
LG