Accessibility links

“Gözəl və vəhşi” nağılındakı qəhrəmanlar yenidən canlanıb [Video]


“Gözəl və vəhşi” nağılındakı qəhrəmanlar yenidən canlanıb
please wait

No media source currently available

0:00 0:03:31 0:00

“Gözəl və vəhşi” nağılındakı qəhrəmanlar yenidən canlanıb

“Gözəl və vəhşi” nağılı bütün yaşlar üçün münasibdir. Biz bu nağılı kitablarda oxumuşuq, filmlərinə televiziyada və kino-teatrlarda baxmışıq. Ən yadda qalanı isə Disneyin 1991-ci ildə çəkdiyi cizgi filmidir.

Özünün yaddaqalan mahnıları və qrafikası ilə bu film dünya boyu ən məşhur cizgi filmləri sirasına daxil olub. Bu yaxınlarda Disney “Gözəl və vəhşi” nağılındakı qəhrəmanlarını yenidən canlandırmağa qərar verib.

Aktrisa Emma Vatson 1961-ci ildə çəkilmiş “Gözəl və vəhşi” cizgi filminin simvolu Bell rolunu ifa edir. “Uşaq ikən siz Dineyi sevirsiniz. Böyüdükdən sonra da sevməkdə davam edirsiniz. Çünki Disney sizi uşaqlığınızla bağlayır və sizə dünyada hər şeyin yaxşı olacağına ümid verir.”

Elə bu nastolji də Oskar mükafatı qalibi, rejissor Bill Kondonu 300 milyon dollara başa gələcək “Gözəl və vəhşi” musiqili filmini çəkməyə vadar edib. “O, həqiqətən Disneyin ilk müasir qəhərmanı, Disneyin şahzadənin onu tapmasını istəmədiyi və şahzadə olmaq istəmədiyi şahzadəsi idi. Kitab oxuyanlar onun kim olduğunu yaxşı bilir.”

Emma Vatson deyir ki, yeni “Gözəl və vəhşi” filmində romantik təkamül də digərlərindən fərqlidir. “Vəhşi və Bell əvvəlcə bir-birlərini həqiqətən sevmir. Sonradan yaxınlaşır və dost olurlat. Sonra isə bu dostluq məhəbbətə çevrilir.”

İstedadlı aktyorların kompyuterlə hazırlanmış rəqəmsal xarakterləri, mürəkkəb quruluşu və kostyumları, eləcə də yeni musiqisi ilə bu film Disneyin yüksək riskli maliyyə oyununa çevrildi. Müsbət hal o idi ki, filmin 90 saniyəlik treylerinə 92 milyon baxış olmuşdu.

Bundan əvvəl də rejissor Can Fevronun “Jungle Book” – “Cəngəllik Kitabı” filmi Disneyin cizgi filmi qismində hitə çevrilmişdi. Filmin qəhrəmanı, cəngəllikdə heyvanlarla böyüyən Mauqlinin ətrafında kompyuterlə hazırlanmış xarakterlər mövcuddur. “Cəngəllik Kitabı” uşaqlarla bərabər böyükləri özünə cəlb edən mürəkkəb ssenari yolunu getməklə Oskar mükafatı qazanmağa nail oldu.

Aktrisa Ancelina Julinin oynadığı “Sleeping Beauty” – “Yatan gözəl” filmindəki kimi, qaranlıq pərisi Malifisentin şahzadə Avropanı sehirləməsi 2014-cü ildə film halında meydana çıxdı..

Yeni “Gözəl və vəhşi” filmini Disney böyüklərə daha yaxın edib. Bu hekayədə aktyor Coş Qadın oynadığı Li Fu ilə çoxlu romantik və şən anlar yaşanır. Lakin Disney bununla kifayətlənməyəcək. Onun planı onlarla belə cizgi filmini musiqili, canlı filmə çevirməkdir. “Gözəl və Vəhşi” filmi dünya ekranlarına martın 17-dən çıxmağa başlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG