Accessibility links

Qorxulu kloun personajları vaxtaşırı geri dönür [Video]


Qorxulu kloun personajları vaxtaşırı geri dönür
please wait

No media source currently available

0:00 0:02:48 0:00

2016-cı ilin “Böyük kloun təşvişi”, yaxud “Böyük kloun vahiməsi” həmişə olduğu kimi sosial medianın ölkənin bir hissəsini dəhşətə gətirən klounlar haqda yaydıqları hekayələrdəndir.

Klounlar haqda narahatlıqlar barədə mediada əvvəllər də məumatlara rast gəlinirdi. 80-ci illərin əvvəlləri Massaçusets ştatının Bruklin şəhərində klounların avtomobillərlə gəzərək, uşaqları cəlb etmək üçün konfet təklif etdikləri deyilirdi. Buna bənzər xəbərlər 80-ci illərin ortalarında və 90-nın əvvəllərində də dərc edillirdi. Bu qorxulu hekayələrdən ən çox kino sənayesi bəhrələndi.

Ssenarisi Stiven Spilberq tərəfindən yazılmış, rejissor Tobi Huperin çəkdiyi qorxulu ““Poltergeist?” filmini kim unuda bilər? 1982-ci ildə çəkilən bu film özünün tükürpədici hadisələri, orta sinif bir ailənin yaşadığı evə gələn ruhun uşaqlardan birini oğurlaması və ən dəhşətlisi isə oyuncaq klounun canlanması səhnələri ilə yadda qalıb.

“Coker” filmində Qotham şəhərini dəhşətə gətirən qorxulu kloun Batman. Belə bir xarakter televiziyaya 50 il əvvəl gəlib. Lakin Cek Nikolsonun 1989-cu ildə çəkildiyi kloun daha təhlükəli idi. O, minlərlə mülki vətəndaşı zəhərləməyə çalışır. Buna oxşar, yalnız daha yadda qalan obrazı 2008-ci ildə Kris Nolanın “Qara Cəngavər” filmində aktyor Hez Lecerd ifa etdi.

Nolan və Lecerd dəhşətli kloun surətini ortaya çıxardı. “Qara Cəngavər”də kloun üzünü daha maska arxasında və ya çoxlu makiyaj etməklə gizlətmir, onun üzü artıq pislikdən əyilib.

Qorxulu klounlar daha dəhşətli obrazlara həvəsləndirdi. Onlardan biri 2016-cı ildə çəkilən qorxulu “Kloun” filmidir. Oğlunun ad günündə qonaqları şənləndirmək üçün evinin damından tapdığı kloun kostyumunu geyinən ata sonradan iblisə çevrilir. Kostyum dərisinə yeridikcə ata ağlını itirərək, qatilə çevrilir.

Bu yaxınlarda ekranlara çıxan “Tyler Perry's Boo: A Madea Halloween” filmi qorxulu kloun haqda olsa da, film komediya janrındadır. Halloveen zamanı Madea adlı klounun gözü uşaqlardadır.

Beləliklə, qışqırıq və göz yaşlarına səbəb olan qorxulu, iblis maskalı və ya iblis sifətindəki maskasız kloun personajları vaxtaşırı geri dönür.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG