Accessibility links

Rejissor İlqar Safat: Filmin yaxşı alınmasında başlıca kriteriya ssenaridir


Ilgar Safat
Ilgar Safat
İlqar Safat Amerikanın səsinə rejissor və ssenarist işinin əsas cəhətlərindən danışıb.

Bəxtiyar Zamanov: Ssenari yazılmazdan, film çəkilməzdən əvvəl ssenarist və rejissor filmin tamaşaçılar tərəfindən bəyəniləcəyini müəyyən edə bilirmi? Tamaşaçı auditoriyasının rəğbətini qazanmaq üçün nə tələb olunur?


Rejissor İlqar Safatla müsahibə
please wait

No media source currently available

0:00 0:03:32 0:00
Direct link

İlqar Safat: Filmin yaxşı alınması üçün başlica kriteriya yaxşı ssenaridir. Ssenarinin keyfiyyəti yüksəkdirsə, filmin müəyyən dərəcədə uğurlu olacağına əmin ola bilərsən. Mən bir süjet, bir hekayədən bəhs edirəm və ümid edirəm ki, tamaşaçının diqqətini film boyu daim cəlb edə biləcəj. Mövzunun ssenaristin özü üçün maraqlı olması filmin maraqlı alınmasında mühüm rol oynayır. Tamaşaçı filmin darıxdırıcı, yorucu olmasını istəmir. Ümumiyyətlə, tamaşaçıları əsasən komediya, drama, melodrama janrları, əyləncəli filmlər maraqlandırır. Amma məni eyni zamanda, daha dərin, tamaşaçını düşündürən filmlər cəlb edir.

Sual: Amerika kino sənayesində ssenari yazmaq üçün Final Draft adlı compyuter proqramından istifadə edilir. Azərbaycanda necə, ssenari yazmaq üçün proqramlar varmı?

Cavab: Bilirsiniz, bu cür texnologiyalar, proqramlar son illər ərzində tədricən bizim regiona da gəlir. Ssenaristlər getdikcə daha çox Avropa və Amerika formatında yazmağa başlayır. Ədəbi materiallarına daha ciddi yanaşan ssenaristlər əlbəttə ki, bu proqramdan istifadə edir. Amma əksər hallarda ssenaristlər materialı hekayə şəklində yazır və onun ssenari formatına salınması barədə düşünmürlər.

Sual: Siz rolların hansı aktyorlar tərəfindən ifa edəcəyini ssenarini yazmazdan əvvəl müəyyən edirsiniz, yoxsa artıq onu bitirdikdən sonra rollara uyğun aktyorlar axtarırsız?

Cavan: Əlbəttə ki, əsasən aktyorları ssenari yazıldıqdan sonra axtarmalı oluruq. Amma bəzən də xarakterlər ssenari yazılan zaman müəyyən edilir və sən bu xarakteri yarada biləcək aktyorları tanıyırsan. Hətta bəzən elə olur ki, hansısa rolu müəyyən aktyoru nəzərə alaraq yaradırsan. Məndə bir neçə dəfə belə olub. Məsələn “Sahə” filmində polis rəisi rolunu ifadə edən Vaqif İbrahimovla belə oldu. Ssenari yazılmazdan əvvəl mən bilirdim ki, bu rolu o ifa etməlidir.

Sual: Məlum məsələdir ki, hal-hazırda Azərbaycanda Amerikadakı kimi böyük büdcəli kompyuter effektli filmlər çəkmək mümkün deyil. Sizcə, Azərbaycan rejissoru az büdcəli, amma maraqlı süjetli filmlərlə xarici tamaşaçının diqqətini cəlb edə bilərmi?

Cavab: Fikrimcə, Azərbaycanda kino-rejissorları məhz bu istiqamətdə çalışmalıdır. Yəni həyatımız, tariximiz haqda səmimi, vicdanlı filmlər çəkməlidirlər. Bilirsiniz, görüntü effektli filmlər çəkməklə Hollivud kimi nəhəng film sənayesi ilə rəqabət aparmaq mənasızıdır.

Sual: İlqar, siz “Bakı Mən Səni Sevirəm” adlı yeni film üzərində işləyirsiz. Mümkünsə, yeni film barədə qısaca məlumat verin.

Cavab: Bu, Bakıya həsr olunmuş almanaxdır. Film10 novelladan ibarətdir və onlardan birini mən çəkirəm. “Bakı Mən Səni Sevirəm” filmi gələn ilin əvvəli ekranlara çıxacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG