Accessibility links

"Eye in the Sky” – “Səmadan baxan göz” filmi [Video]


Rejissor Gevin Hudun mükafata layiş görülmüş "Eye in the Sky” – “Səmadan Baxan Göz” filmi Amerika ilə Britaniyanın birlikdə Keniyanın Nairobi şəhərindəki terror şəbəkəsinə qarşı dron əməliyyatlarından bəhs edir. Uzaq məsafədən idarə edilən raketin günahsız mülki vətəndaş və uşağın olduğu yeri hədəf alması filmin strateji və mənəvi təsirini gücləndirir.

Hərbi rəsmilər təsisçisi Britaniyada anadan olmuş Süzan Helen Danford olan terror şəbəkəsinin Nairobidə genişmiqyaslı intiharçı hücumu hazırladığını biləndə, onlar yalnız bir nəfərin aradan götürülməsinə qərar verir. Lakin bu əməliyyata başçılıq edən, Helen Mirrenin ifa etdiyi polkovnik Katrin Poveli bu qərarın həm hərbi, həm də siyasi müzakirələrə səbəb olması qəzəbləndirir.

Bu arada isə vaxt keçir. Uşağın ortada görünməsi vəziyyəti daha da mürəkkəbləşdirir.

Rejissor Gevin Hud deyir ki, “Eye in the Sky” filmi cavabların asan olmadığını göstərir. “Siz günahsız bir insanın həyatına son qoya, 80 insanın həyatını qorumaq üçün bir günahsız insana qıya bilərsinizmi? İndi isə siz təcili qərar verməlisiniz, əgər sizin hücum edəcəyiniz yerdə beş günahsız insan varsa? Əgər terrorçuların vuracağı itki 20 həyatdırsa, yaxud 2,000 həyatdırsa?

Bu əməliyyata qərar verən insanlar müxtəlif yerlərdədir. Polkovnik Pauell müzəkirələri Londonun Nortvud bunkerində, aktyor Alan Rikmanın oynadığı general-leytenent Frank Benson Londonun harasındasa, böyük monitor qarşısında aparır, dronun düyməsini basmağa hazir olan pilotlar isə min kilometrlərlə uzaqda - Amerikanın Nevada ştatında əmr gözləyir.

“Əslində onlar bir-birini kompyuter ekranı vasitəsilə görür ki, bu da məsələni bir az da qəlizləşdirir. Yəni gözünlə görmədiyin düşməni məhv etmək nə dərəcədə asandır?” deyə, rejissor bildirir.

Gevin Hud filmində dron əməliyyatlarının real ssenari üzərində canlandırılğını deyir. “Hərbçilər arasında elələri var ki, dronlardan istifadəni sual altına alır, elələri də var ki, onlardan istifadənin münasib olduğunu düşünür.”

O, ümid edir ki, filmi dron müharibəsinin insani, siyasi və strateji dəyərləri üzərində diskussiyalara yol açacaq.

XS
SM
MD
LG