Accessibility links

Oskar mükafatına nominasiya edilən filmlər - “Alov içərisində qış” sənədli filmi [Video]


Oskar mükafatına nominasiya edilən filmlər - "Alov içərisində qış"
please wait

No media source currently available

0:00 0:02:47 0:00

Yevgeni Afineyevskinin Oskar mükafatına nominasiya edilmiş “Alov içərisində qış” sənədli filmi 2013-2014-cü illərdə Ukrayna hökumətində korrupsiyaya qarşı çıxan bir milyona qədər insanın bir araya gəlməsi və polislə qanlı qarşıdurmalardan bəhs edir.

2013-cü ilin noyabr ayında bir milyon insan Avropa İttifaqı ilə sazişdən boyun qaçıran və Rusiya ilə möhkəm bağları olan prezident Yanukoviçə qarşı Kiyevin “Maydan”ına və digər mərkəzi yerlərə toplaşdı. Meydana toplaşan qadın, kişi, hətta uşaqlar belə, prezidentin istefasını tələb edirdi. Lakin Yanukoviçin “Berkut” adlanan xüsusi polis qüvvələrinin silahsız insanlara hücumundan sonra dinc aksiyalar zorakı nümayişlərə çevrildi.

Yevgeni Afineyevski o zaman çəkilişlərə davam edirdi. “O zaman heç kəs təhlükədən qorxmurdu. Hamı vaxt itirmədən bütün baş verənləri tarixə salmaq üçün sənədləşdirməyə çalışırdı.”

“Alov içərisində qış” filmində polisin insanlara qarşı zorakılığı və insanlara məhəl qoymadan atəş açdığını görmək olur. Afineyevski deyir ki, social və media olmadan o baş verənlər barədə film hazırlaya bilməzdi. “Mən orada olan rejissorlar, peşəkar və qeyri-peşəkar insanlarla görüşdüm. Çünki hər kəsin öz baxışları var idi və mən mobil telefon, tablet, yəni bizə yardım edə biləcək bütün texniki vasitələrdən istifadə etdim.”

Zorakılıqlardan 93 gün sonra Yanukoviç hökuməti çökdü. Ondan bir neçə gün sonra isə “Berkut” dəstəsi dağıldı. Ukrayna parlamenti nümayişlərə qarşı əməliyyatlara son qoydu, 2004-cü ilin konstitusiyasını bərpa, siyasi məhbusları isə azad etdi.

Yevgeni Afineyevskinin “Alov içərisində qış” sənədli filmi vətəndaş birliyi və fədakarlıq nəticəsində siyasi dəyişikliklərə nail olunduğuna daha bir nümunə hesab edilə bilər.

XS
SM
MD
LG