Accessibility links

“Money Monster” pulun gücünü daha emosional şəkildə göstərir [Video]


Cudi Foster, Corc Kluni və Culiya Robertsin baş rollarını ifa etdiyi “Money Monster” dramatik filmdə bir faiz çox zəngin zümrə ilə digərləri arasındakı dərin fərqdən danışılır. Baxmayaraq ki, bu mövzuda bir çox film çəkilib, “Money Monster” pulun gücünü daha emosional şəkildə göstərir.

Corc Kluninin ifa etdiyi Li Geyts oyununun yüksək zirvəsindədir. Bazar tənəzzülə uğrayana qədər investorlar onun məsləhəti ilə hərəkət edir və o, səhm birjasında qızıla bərabərdir.

Aktyor Cak Okonnelin ifa etdiyi Kayl Bodvil kimi insanlar Geytsin məsləhəti ilə yatırdıqları pulları itirir. Hamı kimi Bodvil də pullarının haraya getdiyini bilmək istəyir. 800 miyon dollar necə yoxa çıxa bilər?

Li Geyts və onun yardımçısı, aktrisa Culiya Robertsin oynadığı Patti Fenn çətin suallarla üzləşməli olur. Li Geytsin həyatından danışan “Money Monster” qəflətən təhqiqat şousuna çevrilir. Patti Fenn dünya boyu pul axınını təqib etdiyi bir vaxt, Geyts hələ də Bodvillə müzakirələri davam etdirir.

Geyts elə bir yerdədir ki, Patti onunla yalnız qulaqlıq və kamera vəsitəsilə əlaqə saxlaya bilir. Cudi Goster: “O, Geytsi xilas etməyə çalışır.”

Rejissor Cudi Fosterin bu filmi studiya çəkilişlərindən başlasa da az sonra onun hüdudlarını aşır. Bodvill və Geytsin Wall Street-dən cavab almağa çalışır. “Bu film popkornla izlənilməsi qədər rahat olduğu kimi olduqca mürəkkəb bir prosesin öyrənilməsinə yardım edir” deyə, rejissor bildirir.

Emosional və sentimental “Money Monster” filmində hər şeyini itirən adi insanların hesabına böyük insanların varlandığını görmək olar.

XS
SM
MD
LG