Accessibility links

"Ömər" - Fələstin kino sənətinin başlanğıcı [Video]


İtaliya kino-yaradıcılarının çəkdiyi “Möhtəşəm Gözəllik” filmi ən yaxşı xarici film kateqoriyasında Oskar mükafatına layiq görüldü. Lakin bu kateqoriyada Oskara nominasiya olunmuş 5 xarici filmin hər biri gözəl ekran əsəri olmaqla yanaşı, həm də təmsil etdikləri mədəniyyətləri yüksək bir səviyyədə təqdim edə bilmişdir.

Bu filmlərdən biri də Fələstin hökuməti tərəfindən təsdiq edilən ilk film olacaq rejissor Hani Əbu-Əsədin çəkdiyi “Ömər” filmidir. Fələstinli çörəkçi Ömər sevgilisi Nadyanı və uşaqlıq dostları Tariklə Əmjadı görmək üçün vaxtaşırı İsraillə Fələstini ayıran səddi keçməli olur. Omərin dostu Əmjad da Nadyaya aşiqdir. Bu vəziyyətdən istifadə edən Nadiyanın qardaşı Tarik onların sevgilərini isbat etmək üçün İsrail əsgərini öldürmələrini istəyir. İsrail əsgərini Əmjad öldürsə də, Ömər həbs edilir.

İsrail kəşfiyyatının casusu olan Rami Ömər qarşısına ya onlar üçün işləmək, ya da ömrünün axırınadək həbsxanada qalmaq kimi şərt qoyur. Ömər israilliləri aldatdığını düşünür, lakin israillilər həmişə onu qabaqlayır. Tezliklə Ömər başa düşür ki, dostlarının arasında satqın var və bütün günahlar onun üstünə atılır.
Dostlar arasında satqınlıq və qısqanclır səbəbindən hekayə faciə ilə sona çatır.

Rejissor Hani Əbu-Əsəd bu filmdə əsarətin insanlarda dəyərləri məhv etdiyini nümayiş etdirdirildiyini deyir. “Biz dostluq, sevgi və inam kimi hisslər haqda olan bu film vasitəsilə insanlara ekstrimal şəraitdə yaşamağın necə olduğunu göstərmək istəyirdik.”

Əbu-Əsəd filminin Fələstinin bütün şəhərlərində nümayiş etdirildiyini və bunun Fələstində kino sənətinin başlanğıcından xəbər verdiyini deyir. Rejissor Oskar mükafatına nominasiyanın onun filminin dünyada tanınmasına səbəb olduğunu deyir.
XS
SM
MD
LG