Accessibility links

2016-cı il Oscara nominasiya edilən filmlər [Video]


Oskara nominasiyalar kino akademiyasının mükafatları uğrunda yarışların başlanğıcı deməkdir. Hər il olduğu kimi bu il də yeni filmlər, yeni istedadlar və ciddi rəqabətin olacağı gözlənilir.

Amerika Kinematoqrafiya sənəti və Elmlər Akademiyası real insanlar haqda, keyfiyyətli və bahalı filmləri sevir. Quruluşçu rejissor, Oskar mükafatı laureatı Alehandro İnarritu və kinematoqraf Emanuel Lubezkinin çəkdiyi “The Revenant” filmi real hadisələrə əsaslanır. Film Amerikada ailə bağları və insan ruhunun möhkəmliyindən danışır. Lakin bu filmə başqa filmlər ciddi rəqabət yaradacaq.

İstedadlı rejissor Tom Makkartni və ssenari müəllifi Coş Singerin çəkdiyi ”Spotlight” filmi sərt, lakin olduqca maraqlı dialoqları ilə seçilir. Filmdə Boston Globe qəzetinin Bostonun Katolik Arxuyepiskopluğu və onun hüdudlarından kənarda kütləvi skandallara səbəb olan uşaqların seksual təcavüzə məruz qalması məsələsini araşdırmasından bəhs edilir. 1976-cı ilidə çəkilmiş “All the President’s Men” –“Prezidentin adamları” filmində olduğu kimi, burada da azad mətbuatın yüksək səviyyələrdə korrupsiyanı ifşa etmək gücü göstərilir.

Oskar mükafatı laureatı rejissor Tom Hupertorun “The Danish Girl” –“Danimarkalı qız” filmi 1920-ci illərdə Kopenhagendə yaşayan məşhur rəssamlar Eynar və Gerda Uigenerin məhəbbət hekayəsindən danışır. Filmdə gender və cinsi dəyişikliklər arasında dialoqun mahiyyəti açıqlanır. Əlil Stiven Hokinqin obrazını yaratdığına görə Oskar mükafatına layiq görülmüş aktyor Redmeyn Eynardan Liliyə çevrilir. Bu dəyişiklik o qədər dəqiqliklə edilir ki, tamaşaçı Lilinin həmişə mövcud olduğunu, lakin Eynarın simasında yaşadığını qəbul edir.

Lakin Redmeyn “The Revenent” filmində xəz ovçusu rolunun ifaçısı Leonardo Di Kaprio və ya “Steve Jobs” filmindəki rolunu ifa edən Maykl Fasbender kimi aktyorlarla rəqabət aparacaq.

Qadın aktrisalar arasında isə seçim kişilər qədər çətin deyil. “Todd Haynes” filimində lesbian evdar qadın Kerol roluna görə aktrisa Keyt Blançet tamaşaçıların sevimlisidir.

“Room” filmindəki Ma roluna görə aktrisa Bri Larson da ilin qalibi ola bilər. Larson bu filmdə oğurlanaraq, qaranlıq otaqda saxlanılan qadın rolunu oynayır. Lakin bu qadın oğurlandığı adam tərəfindən zorlandıqdan sonra həyatını dünyaya gətirdiyi oğluna həsr edir.

Kimlərin mükafata layiq görüləcəyi üçün isə gəlin Oskarı gözləyək.

XS
SM
MD
LG