Accessibility links

ABŞ-da müharibədən travma almış veteranlar üçün xüsusi proqram [Video]


Müharibə veteranlarından çoxu həyatları boyu aldıqları travmalarla yaşamağa məhkumdurlar. Ağır fiziki travma alanların cəmiyyətin yardımına ehtiyacı var. Lakin mənəvi travma alanlar çox zaman əziyyət çəkir. Yeni çəkilən sənədli filmdə post-travmatik stress sindromundan əziyyət çəkən insanlardan danışılır.

Stiv Platkovun “Hələ mübarizə zamanı deyil” sənədli filmində yer alan Əfqanıstan veteranı Eliot Miller aldığı fiziki yaraları tədricən müalicə edir. Mənəvi yaraların sağalması isə daha uzun vaxt aparır. “Mənim məqsədlərim var və mən onların üzərində çalışıram. Əvvəla insanlarla ünsiyyətə girə bilim, ikincisi, yenidən avtomobili idarə edə bilim, üçüncüsü isə özümü müdafiə edə bilim.” - deyə, Eliot bildirir.

“Müharibələr və Sakit Sular” proqramı Eliotla bərabər Post-Travtmativ Stress Sindromundan əziyyət çəkən bir neçə başqa veteranı reabilitasiya üçün Montananın Bozeman şəhərinə gətirib.

Müharibədən qayıtdıqdan sonra bu proqramı təsis edən Hərbi Dəniz Donanması polkovniki Erik Hastinqs balıq tutmaqdan ləzzət alır. “Buna həm fiziki, həm də mənəvi ehtiyacım var idi. Əks təqdirdə mən kimisə öldürə bilərdim.”
Hər tutduğu balıq onun əhval ruhiyyəsini qaldırır.

Filmin rejissoru Stiv Platkov bu sənədli filmə şəxsən böyük əmək sərf edib. II Dünya Müharibəsi veteranı, sonra isə o vaxt Belçika Konqosunun missioneri olan babası da vaxtilə post-travma sindomundan əziyyət çəkib. “O, həmişə zorakılıqlarla üzləşib. Özünü ələ almağın ən yaxşı yolu zorakılıqları unudub, məhsuldar bir işlə məşğul olmaqdır.”

Rejissor mənəvi travması olan müharibə veteranlarının çoxunda digər zorakılıq əlamətlərinin də olduğunu deyir. “Daxildən gələn zorakılığın nəticəsi intihardır” - deyə, o bildirir.

Bozemanda veteranlar özlərini qeyri adekvat hiss edir, cəmiyyət içərisinə çıxmaqdan qorxurlar. Onlar həmişə əsəbi olur və bu vəziyyətlərindən utanırlar. Hərbi tertolyot pilotu, kapitan Bleyk Smit: “İnsanların sənin günahsız 4 nəfəri öldürdüyünü bilməsi biabırçılıqdır.”

Polkovnik Hastings deyir ki, bu adamlar həyatlarını keçmişin ağrı-acıları ilə mübarizəyə həsr edəcəklər. Bu durumun adı var və cəmiyyət onlara kömək etməlidir.
XS
SM
MD
LG