Accessibility links

Döyüş janrında çəkilmiş filmlərin insan psixologiyasına təsiri [Video]


Bu yaxınlarda Konnektikut ştatında məktəbdə baş vermiş hücum bir daha kütləvi informasiya vasitələrinin kütləvi qətliamda mümkün rolunu irəli çəkir. Hollivudda da insanlar eyni suala cavab axtarırlar. Lakin onlar zorakı janrlı filmlərin Hollivudda əsas maliyyə mənbəyi olduğunu və yaxın zamanlarda bunun dəyişəcəyini düşünmür.



`G.I. Joe: Retaliation` münaqişə, döyüş və partlayış səhnələri ilə yeniyetmə oğlanların zövqünü oxşamaqla Hollivuda gəlir gətirən filmlərdən biridir.

Tim Qrey Variety əyləncəli biznes nəşriyyatında redaktordur. O, deyir ki, zorakı əyləncələr barədə mübahisələr 100 illər əvvələ, hətta daha da keçmişə gedir.

Tim Qrey: `Siz əgər yunanların yazdıqları dram əsərlərini, Yunan faciələrini izləsəniz əslində bunun 2000 il bundan əvvəllərə gedib çıxmasının şahidi olarsınız. Koliseumda Qladiatorların döyüşlərinə nəzər salsaq zorakılıqla əyləncənin hər bir zaman vəhdət təşkil etdiyini görərsiniz. Lakin indi bu daha geniş yayılıb.`

Alfred Hiçkokun `Psycho` filmindən bu səhnə yüksək səviyyədə ssenariləşdirilmiş hekayəni izah edən qısa bir seqmentdir. Amma bu seqment 1960-cı ildə auditoriyanı lərzəyə gətirdi.

Yeni ildə ekranlara çıxacaq Silvester Stalloninin `Başa Güllə` filmində seyrçinin diqqətini özündə saxlamaq üçün döyüş səhnələrindən istifadə edilir.

Elmi-fantastik janrda çəkilmiş `Pacific Rim` filmi yad planetdən gələnlərin Yeri işğalından bəhs edir. Bu növ filmlər də yeniyetmə oğlanların diqqətini cəlb edir.

Martin Skorsezinin `Pis küçələr` filminin karyerasına tövhələr gətirmiş bir prodüser indi kütləvi informasiya vasitəsi üzrə analitikdir.

Conatan Taplin tapança, patlayışlar və həyəcan dolu təqiblərin süjet xəttini əvəz etdiyini deyir.

Conatan Taplin: `Hollivud döyüş səhnələri ilə zəngin filmləri məharətlə çəkir. Mən əminəm ki, Hollivud yeniyetmə izləyicilərin diqqətini zəngin zorakılıqlar olmadan necə cəlb edəcəyini bilmir.`

Milli Silah Assosiasiyasının rəhbəri Veyn Lapierre gerçək həyatda baş verən zorakılıqda video oyun və film istehsalı ilə məşğul olan şirkətləri təqsirləndirir.

Lakin Taplin dünyada insanların əksəriyyətinin Hollivud filmlərini problemsiz izlədiyini deyir.

Conson Taplin: `Hollivud filmlərinin əsas əyləncə mənbəyi olduğu bir çox ölkələrdə kütləvi qətliyam hallarının şahidi olmuruq. `

Amma Taplin Amerika filmlərinin, əsasən də rejissor Tarantinonun filmlərindəki zorakılıqlardan narahatdır.

Tarantinonun yeni `Django Unchained ` filmi Vətəndaş Müharibəsi zamanı Amerikanın cənubunda quldarlıq barədə hekayədən bəhs edir.
Tim Qrey deyir ki, İnsanlar Konnektikutda baş vermiş qətliamın dəyişiklik üçün son şans olduğunu ehtimal edir. Amma gənc seyrçilərin zorakı filmləri izləməkdə maraqsız olduğu hələ ki, hiss olunmur.
XS
SM
MD
LG