Accessibility links

“Arı yuvası” filmi müharibənin mənəvi ağrılarını yaxından hiss etmək imkanı verir [Video]


“Unitmayın!” Bu çağırış müharibə müxbiri Mayk Botçerin “Arı yuvası” sənədli filmindən gəlir. Film Birləşmiş Ştatlar ordusu ilə Əfqanıstanda Taliban arasında 9 gün gedən şiddətli döyüşlər haqdadır. Bu filmi oğlu ilə bərabər lentə alan Botçer insanların əsgərlərin nələrdən keçdiyi və necə öldüyünü yadda saxlamalarını istəyir.

Bu, Hollivud filmi deyil və buradakı insanlar aktyor deyil. Onlar həqiqətən əsgərdirlər və Əfqanıstanın ən təhlükəli bölgəsində döyüşürlər. Müharibə müxbiri Mayk Botçer Talibanla Birləşmiş Ştatlar ordusu arasında 9 gün davam edən döyüşləri saatlar kamera ilə çəkib. “Bu, ən ağır döyüşlər idi. Mən orada idim və axıra qədər orada qaldım.”

Əsgərlərin coxu isə qalmadı. “Mən onların unudulmasını istəmirəm. Mənim fikrimcə, bu tarixi anlar və onların müharibədə çəkdikləri əzablar gizli qalmamalıdır.” - deyə, mayk Botçer bildirir.

“Arı yuvası” sənədli filmi həm də həyatın özündən bəhs edir. “Bu, unudulmuş müharibədir. Xalqın 99 faizi müharibənin acılarını hiss etmir. Yalnız bir faizdən də az hissəni təşkil edən Amerika hərbiçiləri və onları ailələri bundan xəbərdardır.”

Filmin müəllifi cəmiyyətin müharibədən əlil olmuş və mənəvi yaralar alan veteranların qayğısına daha çox qalmalı olduğunu deyir. “Hər gün 23 veterandan 22-nin intihar etməsi mənə əzab verir.”

Mayk Botçerin sözlərinə görə, müharibədən qayıdan hər bir kişi və ya qadın özünü kimsəsiz hiss edir, hətta ən yaxın adamlarına belə müharibənin nə olduğunu anlada bilmir. O deyir ki, bu film döyüşləri yaxından izləmək və orada baş verənləri və mənəvi ağrıları yaxından hiss etmək imkanı verir.
XS
SM
MD
LG