Accessibility links

Mövsüm Səmədov: “Elə bil 37-ci ildə yaşayırıq”


Mövsüm Səmədov
Mövsüm Səmədov

Azərbaycan İslam Partiyasının sədri artıq iki ildən çoxdur həbsdədir. O Azərbaycanda həbsxanada sovet dövrünün qaydalarının yaşadığını bildirib

Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədov “Media forum” saytının suallarını cavablandırıb.
Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub. Bakıdakı 11 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.


- Saxlandığınız cəzaçəkmə müəssisəsinin şəraitindən razısınızmı?

Avropa standartlarına heç bir uyğunluğu yoxdur.
- Bu müəssisə sovet dövründə tikilmiş bir binadır. Təsisatları da eynilə o dövrdən qalmadır, Avropa standartlarına heç bir uyğunluğu yoxdur.

- Oktyabr ayında prezident seçkisi keçiriləcək. Prosesləri izləyə bilirsinizmi?

- Bura ancaq iqtidar qəzetlərini buraxırlar. Müxalifətə aid heç nə yoxdur. Televiziya da, radio da bu tipdədir. Elə bil müasir Azərbaycanda, 21-ci əsrdə deyil, keçən əsrin 37-ci ilində yaşayırıq. Yalnız bugünlərdə öz istəyimlə ailə üzvlərim mənə müxalifət qəzetləri gətirib. Bu 2 ildə birinci dəfədir həmin qəzetləri görürəm.

Elə bil müasir Azərbaycanda, 21-ci əsrdə deyil, keçən əsrin 37-ci ilində yaşayırıq.
- Oktyabrda keçiriləcək prezident seçkisində hansı namizədə dəstək verəcəksiniz?

- Azərbaycanın həqiqi istiqlaliyyəti uğrunda öz səyini əsirgəməyənə. Bu şəxs ilk növbədə Qarabağ probleminin həlli yolunda iradəsini göstərməlidir. Belə keyfiyyətləri daşıyan şəxsin varlığını bilsək, onun bu mübarizə yolunda axıra qədər davam gətirəcəyini görsək, müşahidə etsək, namizədliyimizi də geri götürməyə hazırıq. Bu namizəd hazırkı iqtidar kimi zalım, ədalətsiz yox, insani keyfiyyətləri olan, ədalətli, vicdanlı biri olmalıdır. Hər hansı cərəyana qulluq etməməlidir. Azərbaycanın azadlığını Avropanın yanında axtarmamalıdır. Milli-mənəvi məsələlərə diqqət yetirməlidir.
Belə şəxslər var, 20 ildə özlərini göstərib. İnanıram ki, xalqımız məhz o adamlara
Lazım gələrsə, namizədliyimi irəli sürməyə hazıram.
etimad göstərəcək.

- Sizin namizədliyiniz necə, gözlənilirmi?

- Lazım gələrsə, namizədliyimi irəli sürməyə hazıram. Bir şərtlə ki, dostlarımız və xalqımız bunu istəsin, mənə etimad göstərsin. Belə halda bunu özümə borc, vəzifə hesab edərək seçkidə iştirak edərəm.
XS
SM
MD
LG