Accessibility links

Mövsüm Səmədov qapalı həbsxanada saxlanılıb


Mövsüm Səmədov
Mövsüm Səmədov

Noyabrın 24-də Bakı Apellyasiya Məhkəməsi İslam Partiyasının lideri Mövsüm Səmədovun 2 il müddətinə Qobustan qapalı həbsxanasına köçürülməsi barədə apellyasiya şikayətini təmin etməyib.

M.Səmədovun saxlanma şəraitinin sərtləşdirilməsi onun intizam qaydalarını pozması və dövlət əmlakına zərər vurması ilə əsaslandırılıb. Belə ki, o, karserdə yorğanı yerə salaraq üzərində namaz qılıb.

Müdafiə tərəfinin fikrincə, M.Səmədovun cəsalandırılmasının əsl səbəbi onun təsiri ilə məhbusların arasında dindarların sayının artmasıdır.

Mövsüm Səmədov Partiya Məclisində Azərbaycan hakimiyyətini kəskin tənqid etdikdən beş gün sonra - 2011-ci il yanvarın 7-də həbs edilib. Oktyabrın 7-də M.Səmədov, daha 6 AİP fəalı və ilahiyyatçı hakimiyyəti ələ keçirməyə cəhd, qanunsuz silah saxlamaq və digər cinayətlərdə ittiham olunaraq uzunmüddətli həbs cəzalarına məhkum ediliblər. M.Səmədov 12 il cəza alıb. Avropa İnsan Hüquqları Məhkəməsi onun işi üzrə kommunikasiyaya başlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG