Accessibility links

Mərakeş seçkilərində mötədil islamçılar qələbə çaldılar

  • Amerikanın səsi

Mərakeş seçkilərində mötədil islamçılar qələbə çaldılar

Mərakeş seçkilərində mötədil islamçılar qələbə çaldılar

Mötədil islamçı partiya Mərakeşin parlament seçkilərində yerlərin çoxunu qazanıb və yeni hökumət formalaşdıracaq koalisiyaya rəhbərlik edəcək.

İlkin nəticələrə görə ədalət və İnkişaf Parityası 395 yerlik parlamentdə yerlərin beşdə birini udub.

Baş nazir Abbas əl-Fassinin millətçi İstiqlal Partiyası ikinci yerə çıxıb. Baş nazir ƏİP-nın qələbəsini “demokratiyanın qələbəsi” adlandırıb.

Hakim partiyanın liderləri qaliblərlə koalisiya danışıqların hazır olduqlarını bildiriblər.

Mərakeşdə monarxiya qonşu dövlətlərdə baş vermiş ərəb baharının qarşısını almaq üçün bu ilin əvvəlindən demokratik islahatlara başlayıb.

XS
SM
MD
LG