Accessibility links

Mərhum Pop ulduz Maykl Ceksonun məhkəmə prosesi başlanıb


Mərhum Pop ulduz Maykl Ceksonun məhkəmə prosesi başlanıb

Mərhum Pop ulduz Maykl Ceksonun məhkəmə prosesi başlanıb

Mərhum Pop ulduz Maykl Ceksonun ölümündə ittiham olunan həkimin müdafiə vəkilləri Los Ancelesdə 4 həftə davam edən 33 şahid ifadəsinin alınmasından sonra məhkəmə prosesinə başlayıb.

Prokuror həkim Konrad Murrayə qarşı məhkəmə işində üzərinə düşən işi bitirəndən sonra müdafiə heyəti 2 şahidi dünən məhkəmə iclasına çağırıb. Müdafiə vəkilləri daha 15 şahidin ifadə vermək üçün məhkəməyə dəvət olunacağını bildirib.

Prokuror bildirmişdi ki, Murray Ceksona yüksək dozalı dərmanlar verib və müğınninin həyatını xilas etmək üçün lazımı cihazlardan istifadə etməyib. Ancaq müdafiə tərəfi iddia edir ki, Cekson bu dərmanları özü qəbul edib və dozanı da özü qaldırıb.

XS
SM
MD
LG