Accessibility links

Mərkəzi Avropa dövlətləri Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəkləmirlər

  • Amerikanın səsi

Mərkəzi Avropa dövlətləri Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəkləmirlər

Mərkəzi Avropa dövlətləri Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəkləmirlər

Polşa, Çex Respublikası və Macarıstanın baş nazirləri deyirlər ki, nə qədər ki, Kiyev müxalifət lideri və sabiq baş nazir Yuliva Timoşenkonu həbsdə saxlayır, onlar Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəkləməyəcəklər.

Praqada bir araya gələn üç Avropa ölkəsinin liderləri deyiblər ki, xanım Timoşenkoun məhkum edilməsi Ukraynanın insan haqları üzrə göstəricilərini sual altına qoyur.

Çex baş nazir Petr Nekas deyib ki, o, xanım Timoşenko həbsdə ola-ola Avropa İttifaqının Ukrayna ilə müqaviləni ratifikasiya edəcəyini təsəvvür edə bilmir.

Ukrayna məhkəməsi bu həftə xanım Timoşenkonu baş nazir qismində səlahiyyətlərini aşdığına görə yeddi il azadlıqdan məhrum edib.

XS
SM
MD
LG