Accessibility links

MSK İlqar Məmmədovun prezidentliyə namizədliyini qeydə almayıb


İlqar Məmmədov

İlqar Məmmədov

Qurum Əli Əliyevi də namizəd kimi qeydə almayıb. REAL Hərəkatı Cəmil Həsənlini dəstəkləyəcək

Mərkəzi Seçki Komissiyası (MSK) REAL Vətəndaş Hərəkatının lideri İlqar Məmmədovun, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin prezidentliyə namizədliyini qeydə almayıb. MSK Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun prezidentliyə namizədliyini qeydə alıb.

MSK-nın sentyabrın 13-də keçirilən iclasında bildirlib ki, İlqar Məmmədov namizədliyinin qeydə alınması üçün 41 247 seçici imzası təqdim edib, imzalardan 4982-si etibarsız hesab edilib. Beləliklə İ.Məmmədovun qeydə alınmaq üçün tələb olunan 40 min seçici imzası bəs etmədiyindən onu qeydə almayıblar.

MSK sədri Məzahir Pənahovun dediyinə görə, Məmmədovun təqdim eydiyi seçici mzalarının sayılmasında beynəlxalq təşkilatlarla yanaşı, ABŞ-ın Azərbaycandakı səfirliyindən də nümayəndələr iştirak edib:

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev isə 42 634 imza təqdim edib, imzalardan 5571-i etibarsız sayılıb.

REAL Hərəkatın icra katibi Natiq Cəfərli MSK-nin İlqar Məmmədovlıa bağlı qərarını “gözlənilən qərar” adlandırıb.

“REAL Hərəkatı MSK-nin qərzrının ləğvi üçün ölkə daxilində qanunvericiliyin yol verdiyi bütün vasitələrdən istifadəı edəcək. Bu tükəndikdə isə beynəlxalq təşkilatlara müraciət etməklə bağlı qərara verəcəyik”.

Cəfərli hakimiyyətin ökədə yeni nəslin hakimiyyət uğrunda mübarizəsindən qorxduğunu deyib.

“Hakimiyyət yeni nəsli seçkilərə buraxmaq istəmir, qorxur ki, REAL Hərəkatı və lidei İlqar Məmmədov yeni siyasi dalğa yarada bilər”, o qeyd edib.

REAL Hərəkatı seçkilərdən geri çəkilməyəcəyini, Milli Şuranın namizədi Cəmil Həsənlini müdafiə edəcəyini bəyan edib.

Vətəndaş və İnjkişaf Partiyasının sədri Əli Əliyev də MSK-nin qərarından narazıdır. “Bu siyasi qərardır və məhkəməyə müraciət edəcəyik”, o qedy edib.
XS
SM
MD
LG