Accessibility links

MSK İlqar Məmmədova vaxt verib, İlyas İsmayılovun namizədliyini təsdiq edib


Prezident seçkisi

Prezident seçkisi

Hazırda 15 prezidentliyə namizədliyə iddialı şəxsin sənədləri təsdiq olunub

Avqustun 24-də Mərkəzi Seçki Komissiyası (MSK) Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılovun prezidentliyə namizədliyini təsdiq edib.

Bununla yanaşı MSK hazırda həbsdə olan REAL Hərəkatının lideri İlqar Məmmədovun sənədləri ilə bağlı problemlərin aradan qaldırılması üçün ona vaxt verib.

İndiyədək 15 şəxsin prezidentliyə namziədliyi MSK tərəfindən təsdiq edilib.
Bunlar YAP sədri, hazırkı prezident İlham Əliyev, Azadlıq Partiyasının sədri Əhməd Oruc, İlqar Məmmədov(Altay), Ümid Partiyasının sədri İqbal Ağazadə, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Milli Məclisin deputatı Zahid Oruc, Milli Dirçəliş Hərəkat Partiyasının sədri Fərəc Quliyev, Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri. Ərəstun Oruclu, Elşən Həsənov, İsmayıl Yusifov və Qüdrət İsaqovdur.

Bu şəxslərin hər biri azı 40 min seçici imzası toplayıb MSK-ya təqdim etdikdən sonra namizədliklərinin qeydə alınması məsələsinə baxılacaq.

Prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.
XS
SM
MD
LG