Accessibility links

ABŞ-ın cənub ştatlarında tornado insan tələfatına səbəb olub


Bazar günü Amerikanın cənub Alabama və Mississippi ştatlarında qasırğa tornadoya çevrilərək təxminən 10 nəfərin ölümünə, ağacların qırılmasına və binaların zədələnməsinə səbəb olub.

Həvəskar kamera ilə çəkilən video görüntüdə tornadonun Mississippi ştatının Hattisburq şəhərini dağıtdığı nümayiş etdirilib.

Sinoptiklər şəhər və yaxın əraziləri viran qoyan tornadonun bir kilometr diametrə qədər böyüdüyünü deyib.

Fövqəladə işlər üzrə rəsmilər yaxınlıqda yerləşən iki rayonda da dağıntı baş verdiyini deyib.

Tornado Hattisburq şəhərinin küçələri, ticarət mərkəzləri və Cənubi Mississippi Universitetinin binasını zədələyib.

Mississippi qubernatoru Fil Brayn ştatda fövqəladə vəziyyət elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG