Accessibility links

Mətbuat azadlığı inkişaf və demokratiyanın müdafiəsində əsaslı rol oynayır

  • Amerikanın səsi

Mətbuat azadlığı inkişaf və demokratiyanın müdafiəsində əsaslı rol oynayır

Mətbuat azadlığı inkişaf və demokratiyanın müdafiəsində əsaslı rol oynayır

Mətbuat azadlığı inkişaf və demokratiyanın müdafiəsində əsaslı rol oynayır. Dünya vətəndaşlarının yalnız 15 faizi mətbuat azadlığı mövcud olan ölkələrdə yaşayır. Freedom House-un araşdırmaları göstərir ki, avtoritar rejimlər mətbuat azadlığına şərait yaratmır. “Mətbuata məhdudiyyətlər tətbiq edilir, müstəqil yayımların qarşısı alınır. Ənənəvi medianın senzuraya məruz qalması ilə yanaşı, repressiv hökumətlər satellit televiziyalar, internet, mobil telefonlar kimi yeni kommunikasiyalara nəzarət etməyə çalışır ”. Bu, Kaliforniya konqresmeni Adam Şiffin sözləridir.

Belə rejimlər altında çalışan jurnalistlər daimi risk altındadır. Jurnalistlərin Müdafiəsi Komitəsinin bildirdiyinə görə, 1992-ci ildən bəri 543 jurnalist öldürülüb. Adam Şiff bildirib ki, senzura, hədələr, həbslər və jurnalistlərin qətilləri təkcə jurnalistlər deyil, məlumat almağa haqqı olan icmalara böyük təhlükədir.

ABŞ BMT vasitəsi ilə belə hallara qarşı çıxır. Amerika plüralism və mətbuat azadlığının təbliği məqsədi ilə BMT-nin UNESKO təşkilatı ilə yaxından əməkdaşlıq edir. ABŞ hökumətlər, parlamentlər və digər qanunverici orqanlara söz azadlığının təminat altına alınması üçün təzyiq göstərir, onlara təlimlər və digər yollarla dəstək nümayiş etdirir.

ABŞ UNESKO ilə bərabər media təsisatlarının gücləndirilməsi, insan hüquqlarının müdafiəsi və azad ideyaları yayan jurnalistlərin rolunun mühümlüyünü dəstəkləyir.

XS
SM
MD
LG