Accessibility links

Mətbuat İcmalı: ABŞ-ın İran siyasəti


Mətbuat İcmalı: ABŞ-ın İran siyasəti
Mətbuat İcmalı: ABŞ-ın İran siyasəti

Mühafizəkar təmayüllü National Review məcmuəsi Əhmədinejadın kompromisə meyl göstərmədəyini vurğulayaraq Obamanın təmas siyasətinin iflasa uğradığını yazır. Müəllif Anne Bayefski hesab edir ki, ABŞ prezidenti Amerikanın və dünyanın İranın timsalında üzləşdiyi təhlükəni dərk etmir.

BMT Baş Assambleyasının toplantısı dünya liderlərinin bir araya gəlməsi və diplomatik təmasların yenilənməsi üçün zəmin yaradıb. Qatı anti-İsrail ritorikası ilə tanınan və terrorçuluğa sponsorluq edən İslam Respublikasının rəhbəri Mahmud Əhmədinejadın Nyu Yorka gəlişi siyasi müşahidəçilər arasında həyəcanı artırdı.

Hakimiyyətə gəlməsindən iki il sonra Washington Post qəzeti prezident Barak Obamanın İran siyasətinin getidkcə aydınlaşdığını yazır. Bu siyasət rıçaqların toplanması, seçimlərin masa üzərində qalması və ən pis ssenariyə hazırlıq kimi təsvir edilir. BBC Fars xidmətinə verdiyi müsahibədə cənab Obama İran xalqına dərin ehtiramını ifadə etdi və hökumətlə nüvə proqramı üzərində danışıqları davam etdirməyə hazır olduğunu söylədi. Eyni zamanda ABŞ lideri İran prezidentini sərt tənqid etdi və müxalifətə dəstəyini izhar etdi. O, bildirdi ki, İrana tətbiq olunan sanksiyaların məqsədi İran xalqını cəzalandırmaq deyil, və bunlar əslində Mahmud Əhmədinejad hökumətinin pis qərarlarının nəticəsidir. “İrana göstərilən təzyiqlər artiq Tehranı gələn aydan başlayaraq danışıqlar masası arxasına qaytarmaq potensialı göstərir. Lakin uzun müddət Iran tərəfindən süründürməçiliyə məruz qalan ABŞ və Avropa dövlətləri Tehranın səmimiliyinə ciddi şübhələrlə yanaşırlar,” Post-da qeyd olunur. İslam Respublikasının ideoloji əsaslarını təşkil edən anti-Amerikanizmdən imtina edəcəyinə ciddi səbəb görünmür. Mahmud Əhmədinejad isə əvvəlki ampulasına sadiq qalaraq 2001-ci il, 11 sentyabr hücumlarının ABŞ hökuməti tərəfindən törədildiyinə eyham vurub. Onun sözlərinə görə terror aktı İraq və Əfqanıstana hərbi müdaxiləyə bəhanə üçün istifadə olunmuşdu.

Mühafizəkar təmayüllü National Review məcmuəsi Əhmədinejadın kompromisə meyl göstərmədəyini vurğulayaraq Obamanın təmas siyasətinin iflasa uğradığını yazır. Müəllif Anne Bayefski hesab edir ki, ABŞ prezidenti Amerikanın və dünyanın İranın timsalında üzləşdiyi təhlükəni dərk etmir. Buna misal olaraq o, ABŞ-ın BMT-dəki nümayəndəliyinin İran lideri çıxış edərkən əvvəlcədən audotoriyanı tərk etməməsini önə çəkir. Diplomatik nümayəndəliyin səbr kasasını nəhayət Əhmədinejadın 11 sentyabr haqda dedikləri daşırdı. “Lakin Əhmədniejad hələ təzəcə start götürmüşdü. Nəzərdən qaçırmaq olmaz ki, bura BMT-dir, elə bir məkan ki, orada iranlılar özlərini çox sərbəst hiss edirlər.” Bundan sonra İran lideri İsraili kəskin tənqid etdi və kapitalizmdən tutmuş söz azadlığınadək Qərb dəyərlərinə hücuma keçdi. Fakt budur ki, Əhmədinejad bu növ çıxışları hər dəfə edir. Lakin nədənsə Obama administrasiyasının nümayəndələri bu dəfə ondan başqa şey gözləyirdilər. Lakin Əhmədinejad yeni heç nə demədi.

Müəllif Bayefskinin sözlərinə görə Amerika və onun müttəfiqlərinin maraqlarını müdafiə etmək əvəzinə Prezident Obama da BMT auditoriyasının könlünü almağa çalışdı. İsrailə qarşı həmişə düşmən mövqeyi ilə tanınan toplum qarşısında cənab Obama baş nazir Benyamin Netanyahunu məskunlaşma məntəqələrinin tikintisini dayandırmağa çağırdı. ABŞ lideri fələstinlilərlə İsrail dövləti arasında moral bərabərlik portreti çəkdi, və hər iki tərəfi zorakılıqlarda günahlandırdı. “Prezident Obamanın nitqindən Əhmədinejadın aldığı mesaj bu oldu ki, nə qədər ki, Barak Obama hakimiyyətdədir, İranı nifrət və terrorun məğlub tərəfdə olduğuna inandıracaq ciddi əsas yoxdur,” deyə Bayefski yazısını bitirir.

XS
SM
MD
LG