Accessibility links

Keçmiş MTN-çi Rusiyada tutulub


İbrahim Musayev Naxçıvanda Turac Zeynalovun ölümündən sonra ölkəni tərk edib

Azərbaycan Daxili İşlər Nazirliyi İnterpol xətti ilə axtarışda olan ləğv olunmuş Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşı İbrahim Musayevin Rusiyada tutulması faktını təsdiqləyib.

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında bildirib ki, Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə beynəlxalq axtarışda olan İbrahim Musayev Rusiya Federasiyası hüquq-mühafizə orqanları tərəfindən Moskva şəhərində saxlanılıb.

Qeyd edək ki, İ. Musayevin saxlanılması barədə Rusiya mətbuatı bu ölkənin Daxili İşlər Nazirliyinə istinadən yayıb.

Naxçıvan sakini, 21 yaşlı İbrahim Musayev bir neçə il əvvəl dələduzluqda təqsirli bilinib və onun barəsində dövlətlərarası axtarış elan olunub. Saxlanılması üçün İnterpola müraciət edilib.

İbrahim Musayev Naxçıvan Muxtar Respublikasının sakini Turac Zeynalovun 2011-ci ilin noyabrında Naxçıvan Milli Təhlükəsizlik Nazirliyində müəammalı şəkildə ölümündən sonra ölkəni tərk edib. O, Turac Zeynalovun ölümündən sonra onun xanımının ələ alınmasına cəlb edildiyini bildirib və bu səbəbdən də ölkədən qaçdığını deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG