Accessibility links

MTN Iraq və Suriyada terrorçu təşkilatların tərkibində döyüşən 5 nəfəri həbs edib


MTN əməliyyat keçirir

MTN əməliyyat keçirir

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) anti-terror tədbirləri nəticəsində dini düşmənçilik zəminində Azərbaycanın hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə və digər hüquqa zidd əməllərinin törədilməsinə görə 5 nəfəri şübhəli şəxs qismində tutub.

MTN-in İctimai Əlaqələr İdarəsindən məlumtına görə, tutulanlar Azərbaycan vətəndaşları – Zaur Heydərov, Elbrus Əzizov, Vaqif Talıbov, Rufan Ağcabəyov və Elşən İsmayılovdur.

Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə cinayət işləri başlanılmışdır. Zaur Heydərov, Elbrus Əzizov, Vaqif Talıbov, Rufan Ağcabəyov və Elşən İsmayılov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbirləri seçilib.

Müəyyən edilib ki, Zaur Heydərov, Elbrus Əzizov, Vaqif Talıbov, Rufan Ağcabəyov və Elşən İsmayılov 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriyanın və İraqın ərazisində həmin dövlətlərin, habelə Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən, “İslam Dövləti (İŞİD)”, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

Cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqa zidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

XS
SM
MD
LG