Accessibility links

Oğurlanmış MTN zabitinin hüquqlarını ictimai müdafiə komitəsi ilk iclasını keçirib


Elşad Abdullayev
Elşad Abdullayev

Mahir Abdullayev 2003-cü il oktyabrın 13-də oğurlanıb. Qardaşı onun yüksək vəzifəli şəxslər tərəfindən oğurlandığını iddia edir

2003-cü ildən itkin düşən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) zabiti Mahir Abdullayevin Hüquqlarını İctimai Müdafiə Komitəsi fevralın 18-də ilk iclasını keçirib.

Tədbirə hüquq müdafiəçiləri, media və QHT təmsilçiləri və M.Abdullayevin yaxınları qatılıblar. Toplantıda komitənin yaranması zərurəti, məqsədi haqda danışılıb. M.Abdullayevin yaxın qohumu Azad Mursaliyev komitənin sədri seçilib.

Komitənin yaradılmasında əsas məqsəd 10 ilə yaxındır ki, taleyi haqda heç bir məlumat olmayan M.Abdullayevin durumuna aydınlıq gətirməkdir.

İnsan oğurluğunun insanlıq adına utanc olması ilə yanaşı ən ağır cinayətlərdən biri olduğu xatırladılıb. Komitə M.Abdullayevin tapılaraq ailəsinə təhvil verilməsini, bu cinayəti törədənlərin qanun qarşısında cavab verməsini istəyirlər. Komitə sədri bu günlərdə mətbuat konfransı keçiriləcəyini bildirib.

2 övlad atası M.Abdullayev 2003-cü il oktyabrın 13-də oğurlanıb. 10 il keçməsinə baxmayaraq, M.Abdullayev tapılaraq ailəsinə təhvil verilməyib.

Ötən 10 il ərzində bu hadisə ilə bağlı dövlət orqanlarına edilən müraciətlər nəticəsiz qalıb. M.Abdullayevin oğurlanması faktı ilə bağlı Cinayət Məcəlləsinin uyğun maddəsilə cinayət işi qaldırılıb.

Prezident İlham Əliyevin göstərişi ilə Müstəqil İstintaq Komissiyası yaradılıb. Amma indiyədək M.Abdullayevin tapılması, cinayətkarların cəzalandırılması ilə bağlı hər-hansı nəticə yoxdur. Bu işdə müəyyən fakt və şəxslərin adlarının keçməsinə baxmayaraq, MTN zabitinin oğurlanması faktı inidyədək hüquqi qiymətini almayıb.

Mahir Abdullayev fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin qardaşıdır. A.Abdullayev qardaşənən qaytarılması ilə bağlı apardığı danışıqlar əksini tapmış videoları yaymaqda davam edir. Onun yaydığı videolarda qardaşının qaytarılması üçün 3 milyon dollar verdiyi əksini tapıb. Rektordan qardaşının qaytarılması üçün daha 10 milyon dollar tələb ediblər.

Elşad Abdullayev qardaşının oğurlanmasında dövlət qurumlarının yüksək vəzifəli şəxslərini günahlandırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG