Accessibility links

MTRŞ ANS televiziyasını cərimələyib, bir neçə verilişinin qapanması barədə qərar verib


MilliTeleviziya və Radio Şurası

MilliTeleviziya və Radio Şurası

Azərbaycan Milli Teleradio Şurasının (MTRŞ) oktyabrın 5-də keçirilən iclasında oktybarın 1- 4 arasında ANS televiziyaslnda yayımlanan “Sən tək deyilsən” və “Xoşqədəmlə axtarıram səni”, eləcə də “Salam Azərbaycan”, “Şokolad” verilişlərində sponsorluqla bağlı qanunvericiliyin tələbləri pozulduğuna görə 54 min manat məbləğində cərimə cəzası tətbiq olunması barədə qərar qəbul edilib.

ANS

ANS

Bundan əlavə, MTRŞ telakanalda yayımlanan “Salam Azərbaycan” verilişində vətəndaşların konstitusion hüquq və azadlıqlarına hörmətlə yanaşılmadığını, şərəf və ləyaqətin alçaldığını, birtərəfliyə yol verildiyini, sponsorluq tələblərinin pozulduğunu bildirib. Bundan irəli gələrək, MTRŞ oktyabrın 6-dan etibarən adı çəkilən verilşin 10 gün dayandırılması haqda qərar qəbul edib.

MTRŞ həm də telekanalla bağlı yayımı dayandırılan “Salam Azərbaycan” proqramının efir vaxtında mədəni-maarifçilik, intellektual xarakterli proqramların yayımının təmin edilməsi, tətbiq edilmiş məsuliyyət tədbirinin məzmunu barədə məlumatın yayımlanması barədə qərar qəbul edib.

ANS televiziyası MTRŞ-nin bu qərarına hələ münasibət bildirməyib.

ANS-in məlumatına görə, "Salam Azərbaycan!" maarifləndirici-informasiya kanalı əhalinin orta məktəb məzunları, tələbələr, orta və yaşlı təbəqəsi üçün nəzərdə tutulub. Proqramda təqdim olunan sujet və rubrikalardakı mövzular tamaşaçıların maraq və problemlərini əks etdirir. Bu rubrikalara faydalı məsləhətlər, ailə vəkili, sosial şəbəkə, Top3-həftə ərzində tamaşaçı tərəfindən bəyənilmiş 3 ən yaxşı süjet daxildir. "Salam Azərbaycan!" həftə içi hər gün, şənbə-bazar günləri istisna olmaqla, saat 07:00-dan 10:00-dək yayımlanır. Verilişdə hər saatda ölkədə və dünyada baş vermiş ictimai-siyasi hadisələr əhatə edən xəbərlər, idman rubrikası və hava proqnozu da yer tutur. Bundan əlavə, günün mövzusu təyin olunur ki, bu da, ictimai-siyasi mövzudan tutmuş sosial və mədəniyyət mövzularınadək hər bir sahəni əhatə edir.

ANS

ANS

Xatirladaq ki, MTRŞ bu il sentyabrın 30-da ANS Müstəqil Yayım və Media Şirkətinin (MYMŞ) “Sən Tək deyilsən!” və “Xoşqədəmlə axtarıram səni” verilişlərini bağlanması barədə qərar da qəbul edib. ANS MYMŞ-nın baş direktoru Mir Şahin Ağayev yerli mediaya bildirib ki, burada qanunun aliliyindən çox, açıq-aşkar ayrıseçkilik və ANS-ə qarşı qərəz görür. O ANS-in məhkəməyə müraciət edəcəyini bildirib.

“ANS MYMŞ öz imici və işgüzar nüfuzunu qoruyacaq. Həmişə olduğu kimi. Milli-mənəvi dəyərlərdən çox tez-tez danışılır. Bu, ümumi ifadədir. Hər millətin özünəməxsus dəyərləri var. Azərbaycan tarixinin milli azadlıq səhifələrini qələmə alan ANS özü artıq çoxdan milli mənəvi dəyərə çevrilib. Bu dəyərlər toplusunu ədalətinə inandığımız məhkəmədə qoruyacağıq”, baş direktor qeyd edib.

XS
SM
MD
LG