Accessibility links

Mübahisəli bəyanatdan sonra Trampın reytinqi qalxır [Video]


Prezidentliyə Respublikaçı namizəd Donald Tramp müsəlmanların Amerikaya daxil olmalarına qadağa tətbiq edilməsinə dair planının sərt tənqidlərlə üzləşməsinə baxmayaraq ictimai rəy sorğuları Trampa dəstəyin artdığını göstərir. New York Times və CBS-in birgə keçirdiyi sorğu Trampın 35 faizlə üstünlüyü saxladığını, Texas senatoru Ted Kruzun 16, sabiq nevro-cərrah Ben Karsonun isə 13 faiz dəstəyə sahib olduğunu göstərir.

Amerika xəyalları artıq puça çıxıb amma mən bu xəyalları əvvəlkindən də daha böyük və güclü edəcəm. Mən buna nail olacam.

Donald Tramp Amerika prezident seçkilərinin mərkəzi fiquru olaraq qalır. O dəyişiklik istəyən və terrorizm təhlükəsizdən narahat mühafizəkar Respublikaçılrın dəstəyini cəlb edir.

“Amerika xəyalları artıq puça çıxıb amma mən bu xəyalları əvvəlkindən də daha böyük və güclü edəcəm. Mən buna nail olacam.”

Tramp müsəlmanların Amerikaya girişinin qadağan olunması ilə bağlı fikirlərindən sonra belə həm milli həm də açar ştatlardakı rəy sorğularında üstünlüyü qoruyub saxlayır.

Onun planı həm Demokratlar həm də Respublikaçıların qınağına səbəb olub. Onlardan biri də Senatın Respublikaçı lideri Miç Makkonneldir.

“Bu təklif Amerika dəyərlərinə tamamilə ziddir.”

Bu təklif Amerika dəyərlərinə tamamilə ziddir.

Trampın dəstəyi son həfətlər ərzində bir çox amerikalını qorxu içərisində buraxan Paris və San Bernardinodakı terror hücumlarından sonra artıb.

Terror və milli təhlükəsizliklə bağlı naratlıqlar artıq seçki kampaniyasında böyük yer alır, deyər təhlilçi Uilliam Qalston bildirir.

“Xarici siyasətə gəldikdə 11 sentyabr hadisələrindən sonra da olduğu kimi əsas prioritet “Cənab və ya xanım prezident, xahiş edirik bizim təhlükəsizliyimiz qoyurun” olub.”

Demokratlar ümid edir ki, Trampın şərhlərinə sərt reaskiyalar gələn noyabr keçiriləcək sentyabrda onların lehinə işləyəcək.

Etibarlılığına dair şübhələrə baxmayaraq, Demokratlar tərəfindən öndə gedən Hillari Klinton orta təbəqəyə yardım vədlərinə görə Berni Sanders üzərində üstünlüyünü artırıb.

Bu seçkilərdə mənə dəstək verin və birlikdə biz Amerikanın yenidən vədlərini doğrultmağına kömək edək.

“Bu seçkilərdə mənə dəstək verin və birlikdə biz Amerikanın yenidən vədlərini doğrultmağına kömək edək. Çox sağ olun! Tanrı sizi qorusun!”

Gələn bir neçə ay ərzində diqqət ilkin partiya seçkilərinin üzərində olsa da, tarixçi Allen Lixtmanın fikrincə 2016-ci il prezident seçkilərində insanları sadəcə bir sual maraqlandıracaq.

“Seçicilər yalnız bir sualın cavabına əsasən qərar verəcəklər- Demokratlar daha dörd il hakimiyyətədə qalmaq imkanını əldə edəcək qədər ölkəni yaxşı idarə ediblərmi?”

Buna baxmayaraq Donald Trampın bu qədər dəstəyə malik olması kimi gözlənilməz gedişatların baş verdiyi bir dönəmdə Respublikaçı Ford O’Konnel kimi ekspertlər nələrin baş verəcəyini proqnozlaşdırmağın çətin olduğunu deyir.

“Düzünü desəm, bilmirəm və kim bildiyini deyirsə, o da yalan danışır.”

Gələn həftələrdə namizədlər diqqəti erkən seçkilərin keçiriləcəyi ştatlara cəmləşdirəcəklər. Bu ştatlardan biri də Ayova ştatıdır ki, burada fevralın 1-də ilk seçkilər keçiriləcək.

XS
SM
MD
LG