Accessibility links

Mübahisəli Abyey dairəsində döyüşlər nəticəsində 36 nəfər həlak olub


Mübahisəli Abyey dairəsində döyüşlər nəticəsində 36 nəfər həlak olub

Mübahisəli Abyey dairəsində döyüşlər nəticəsində 36 nəfər həlak olub

BMT sözçüsü Martin Nesirski deyir ki, beynəlxalq qüvvələr Abyeydə patrul nəzarətini gücləndiriblər

Sudan rəsmiləri xəbər verir ki, mübahisəli Abyey dairəsində üç gün davam edən döyüşlər nəticəsində azı 36 adam həlak olub. Son toqquşmalar cənubi Sudanın müstəqillik üzərində referendumun keçirildiyi vaxta təsadüf edir.

BMT sözçüsü Martin Nesirski deyir ki, beynəlxalq qüvvələr Abyeydə patrul nəzarətini gücləndiriblər. O, deyib ki, BMT toqquşmalardan son dərəcə narahatdır və hazırda təlafatların sayını müəyyənləşdirməyə çalışır. Analitiklər deyir ki, Abyey Sudanda 21 il davam edən vətəndaş müharibəsinə son qoyan sülh müqaviləsindən sonra cənubla şimal arasında başlıca ixtilah nöqtəsi olaraq qalır. Mübahisəli regionda da referendum keçirilməsi nəzərdə tutulurdu, amma indi səsvermə qeyri-müəyyən müddətə təxirə salınıb.

XS
SM
MD
LG