Accessibility links

Mübahisəli Kuril Adaları üzrə danışıqlar nəticəsiz qaldı


Mübahisəli Kuril Adaları üzrə danışıqlar nəticəsiz qaldı
Mübahisəli Kuril Adaları üzrə danışıqlar nəticəsiz qaldı

Moskvada mübahisli ərazi üzərində aparılan danışıqlara baxmayaraq Rusiya və Yaponiya Kuril Adaları üzərindəki suverenliklərini bir daha təsdiq ediblər. Rusiya xarici işlər naziri Sergey Lavrov Yaponiyanın mövqeyini “radikal” adlandırıb. O, Tokyoda hökumət tərəfindən təşkil olunmuş nümayişə istinad edib. Lavrovun yapon həmkarı Seyci Maehara isə adaları Yaponiyanın “əzəl” əraziləri adlandırıb. Rusiya Kuril Adalarını azad ticarət zonası elan etməyi təklif edib, lakin yaponiya liderləri bu təklifi rədd ediblər. Sabiq Sovet ittifaqı İkinci Dünya müharibəsinin sonunda bu adaları işğal edib. Həmin işğal aktı nəticəsində bu günədək də Rusiya ilə Yaponiya arasında rəsmi sülh müqaviləsi imzalanmayıb.

XS
SM
MD
LG