Accessibility links

Misirin sabiq prezidenti Hüsnü Mübarək bu gün azad edilərək ölkədəki böhrana daha bir narahatedici element əlavə edib.

Paytaxt Qahirənin Tora həbsxanasından cənab Mübarəki götürən vertolyot onu yaxınlıqdakı hərbi hospitala aparıb. O, burada ev dustaqlığında olacaq.

Misir ədliyyə rəsmiləri korrupsiya və qətl ittihamlarına dair yenidən keçirilən məhkəmə zamanı 85 yaşlı sabiq liderin artıq həbsdə saxlanmasına ehtiyac olmadığı barədə qərar çıxarıb.

Dünən ölkənin baş naziri cənab Mübarək bəraət qazanacağı təqdirdə onun ev dustaqlığına məhkum edilməsi barədə qərar vermişdi.

Mübarəkə qarşı 2011-ci ildə nümayişlər zamanı etirazçıların öldürülməsinin qarşısını almamaq ittihamı da daxil edilməklə, 30 illik hakimiyyəti dövründə qətllər və korrupsiya ittihamları irəli sürülmüşdü.

Keçən il sabiq prezident qeyd edilən ittihamlara görə təqsirli bilinərək ömürlük həbs cəzası almışdı. Lakin sonradan məhkəmə cənab Mübarəkin işinə yenidən baxılması qərarına gəlir və dünən şərti olaraq azad edilməsi qərarı verir.
XS
SM
MD
LG