Accessibility links

Misirin sabiq prezidenti Hüsnü Mübarək azad ediləcək


Misirin sabiq prezidenti Hüsnü Mübarəkin vəkili Fərid Əl-Dib ölkədə baş verən ixtişaşlardan sonra bu gün gözlənilməz bir xəbər yayıb. Vəkil bildirib ki, prokurorlar sabiq prezidentə qarşı irəli sürülən korrupsiya ittihamını ləğv edib və cənab Mübarək yaxın zamanda azadlığa buraxılacaq.

85 yaşlı Hüsnü Mübarəkin 2011-ci ildə hakimiyyətdən devrilərək, həbs edilməsindən sonra bütün Ərəb dünyasında insanlar hökumətlərə qarşı nümayişlərə başladı. Korrupsiya və nümayişçilərin qətlləri ittihamı olunan cənab Mübarəkilə barmaqlıqlar arxasında məhkəmə zalına gətirilmişdi.

Cənab Mübarəkin vəkili Fərid Əl-Dib deyib ki, sabiq prezidentin bir ildən artıqdır həbsdə saxlanmasına səbəb olan digər korrupsiya ittihamı ilə bağlı məhkəmə işi də tez bir zamanda öz həllini tapacaq.


Ədliyyə mənbələrindən alınan məlumatlarda deyilir ki, sabiq prezidentə qarşı irəli sürülən bütün ittihamların ləğvi üçün cənab Mübarək qarşıdan gələn iki həftə ərzində də həbsdə qalacaq.
XS
SM
MD
LG