Accessibility links

Hüsnü Mübarəkin 30 illik hakimiyyəti

  • Amerikanın səsi

Hüsnü Mübarəkin 30 illik hakimiyyəti

Hüsnü Mübarəkin 30 illik hakimiyyəti

Mübarək Misirdə 30 il sabitliyi saxlaya bildi, lakin bu, ölkəyə baha başa gəldi

Hüsnü Mübarək 1973-cü ildə Ərəb-İsrail müharibəsi zamanı Misir hava qüvvələrinin komandiri kimi hakimiyyətə gəlib. O, 30 ildir ölkəni idarə edir.

Vitse-preziden kimi Hüsnü Mübarək Misir tarixində ən dəhşətli hadisələrin şahidi olub. 1981-ci ildə hərbi parad zamanı prezident Ənvər Sədətə qarşı orduda islamçı ekstremistlər tərəfindən sui-qəsd həyata keçirildi.

Deyvid Ottovey o zaman Washington Post-un Qahirə müxbiri idi. “Mən Sədətə sui-qəsd olanda orada idim, stulların altından çıxıb, papağını çırpan Mübarəkə baxırdım. Baş verənlər onu heyrətə gətirmişdi.”-deyə o bildirir.

Bundan səkkiz gün sonra cənab Mübarək prezident kimi and içdi. Ottovey onu inadkar bir insan kimi təsvir edir və deyir ki, o, xarici mətbuatla münasibətlər qurmaqda belə görünür, heç vaxt maraqlı olmayıb.

“O həmişə susurdu. Onun cavabları müəmmalı idi və o danışanda nə demək istədiyini heç vaxt başa düşmək olmurdu. Onun ölkənin sabitliyindən başqa heç vaxt real bir baxışı olmayıb.”-deyə Deyvid Ottovey bildirir.

30 il keçdi.

Bu illər ərzində Misirdə sabitlik mövcud idi. Rəsmi Qahirə ölkədə populyar olmayan Misir və İsrail arasında sülh sazişinin bağlanmasında mühüm rol oynadı. Sazişə görə ərəb dünyasında həqarətlə qarşılanan Misir sonradan yenə də ərəb dünyasında öz yerini tutdu.Mübarək hökuməti İsrail-Fələstin sülh prosesində inkişafa nail olmaq istiqamətində iş apardı. Misir Birləşmiş Ştatların yaxın müttəfiqi oldu.Lakin çoxları deyir ki, bu sabitlik Misrə baha başa gəlib. Cənab Mübarəki tənqid edən insanlar həbsxanalara salınaraq susduruldu. Təhlükəsizlik qüvvələri ilə əhatə olan prezident bir neçə sui-qəsddən sağ çıxa bildi və qorxmadığını bildrirərək, “Heç kəs daim yaşamır” dedi. Ən son parlament seçkilərində prezidentin mənsub olduğu Milli Demokratik Paritya seçicilərin qorxudulması və seçkilərin saxtalaşdırılması ittihamlarının səsləndiyi fonda müxalifət üzərində böyük qəlbə əldə etdi. Ölkədə ən populyar müxalifət partiyası olan Müsəlman Qardaşların liderləri həbs edilərək, uzun müddətli cəzalar aldı. Bu yaxınlarda cənab Mübarəkin oğlu Camalı özünün varisi kimi hazırlaması misirlələrin böykü narazılığına səbəb oldu. Ölkədə iqtisadi islahatlar varlılar və yoxsullar arasında uçurumun daha da dərinləşməsinə gətirib çıxardı.

Deyvid Ottovey. “İqtisadi baxımdan, 2004-cü ildə həyata keçirilən islahatlar böyük nəticələr verdi, çünki 2004-2008-ci illər arasında dörd il müddətində Misirdə ümumdaxili məhsulun həcmi iki dəfədən çox artdı. Beləliklə də, iqtisadiyyat çiçəklənməyə başladı, lakin ən aşağı təbəqədə olan insanlar bu iqtisadi tərəqqidən bəhrələnə bilmədi. Hazırda baş verən qarışıqlığın əsasında da bu durur.”

Bundan sonra Tunisdə üsyan baş verdi. Hadisələri izləyən misirlilər fikirləşməyə başladılar ki, bəs nə üçün onlar bunu edə bilmir. Yanvarın 25-də etiraz nümayişləri başladı və iki həftədən bəri davam edən nümayişlərdən sonra axırda Mübarəkin istefaya çıxdığı elan edildi.

XS
SM
MD
LG