Accessibility links

Misirin Apellyasiya Məhkəməsi sabiq prezident Hüsnü Mübarəkin nümayişçilərin qətlinə göstəriş vermək ittihamı üzrə azad edilməsinə dair hökm çıxarıb. Lakin korrupsiya ittihamları onun azadlığını təmin etməyib.

84 yaşlı Mübarəkin vəkili onun cəzasız 2 il həbsdə saxlanmasının maksimum müddətini keçdiyini bildirir.

Misirin sabiq prezidenti ömürlük həbs cəzasına məhkum edilmişdi. Lakin hökm daha sonra digər bir məhkəmədə ləğv edilmişdi.

Qahirə yaxınlığındakı xəstəxanada olan Mübarək bir neçə xəstəlikdən əziyyət çəkir.
XS
SM
MD
LG