Accessibility links

Azərbaycanda bəzi siyasi qüvvələr Hüsnü Mübarəkin heykəlinin uçurdulmasını tələb edir

  • Bulut Mehmandarli

Azərbaycanda bəzi siyasi qüvvələr Hüsnü Mübarəkin heykəlinin uçurdulmasını tələb edir

Azərbaycanda bəzi siyasi qüvvələr Hüsnü Mübarəkin heykəlinin uçurdulmasını tələb edir

Ümid Partiyasının sədri İqbal Ağazadə də daxil bir qrup siyasi lider heykelin uçurdulması və Azərbaycan məktəbinə Mübarəkin həyat yoldaşının adının verilməsi barədə qərarın ləğv olunmasına çağırıb.

Misirdə hakimiyyət əleyhinə nümayişlərin başlamasından sonra Azərbaycanda Hüsnü Mübarəkə qoyulmuş heykəl təngid edillməyə başlayıb və bəzi müxalifət liderləri heykəlin götürülməsi tələbi ilə çıxış edib. Məsələ Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının ildönümü münasibəti ilə yanvar ayının 31-də onun anadan olduğu Novxanı kəndində onun abidəsi önündə keçirilən xatirə mitinqi zamanı qaldırılıb.

İctimai Palatanın üzvü Pənah Hüseyn xatirə mitinqində çıxış edib. “Bu bütpərəst iqtidar şərqdə ilk demokratik dövlət quran insanların adlarını universitetlərdən çıxarır, büstlərini götürür. Diktator Hüsnü Mübarəkə heykəl ucaldır, onun arvadının adını daşıyan məktəb açır. Biz Misr diktatoru Hüsnü Mübarəkin heykəlinin dərhal uçurdulmasını və Azərbaycan məktəbinə Mübarəkin xanımının adının verilməsi barədə qərarın ləğv olunmasını tələb edirik”,- deyə o qeyd edib.

Həmin tədbirdə çıxış edən Musavat parrtiyasının başqanı İsa Qəmbər Azərbaycanda demokratik islahatların keçirilməsi uğrunda bütün siyasi qüvvələri və ictimai təşkilatları Demokratiya Uğrunda Vətəndaş Hərəkatı, “İctimai Palata” nın ətrafında birləşməyə çağırıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli isə Rəsulzadənin anadan olması münasibəti ilə keçirilən mitinqdə çıxışı zamanı ərəb dünyasında baş verən inqilabi hadisələrə toxunub. O deyib ki, bu demokratiya dalğası Azərbaycan da daxil olmaqla, digər regionlara da keçə bilər.

Bu arada, çərşənbə axşamı günü Ümid Partiyasının rəhbəri İqbal Ağazadə parlamendə çıxışı zamanı Hüsnü Mübarəkin heykəlinin uçurdulmasına və Azərbaycan məktəbinə Mübarəkin xanımının adının verilməsi barədə qərarın ləğv olunmasına çağırıb.

ANS Televiziyası da Azərbaycan müxalifətinin Hüsnü Mübarəkin heykəlinin uçurdulması tələbi ilə bağlı məlumat verib. ANS-in xəbərində qeyd olunur ki, Bakı yaxınlığında yerləşən Xırdalan qəsəbəsində Mübarəkin heykəlinin yerləşdiyi Azərbaycan-Misir Dostluq Parkında təhlükəsizlik tədbirləri gücləndirilib.

XS
SM
MD
LG