Accessibility links

Mübariz Qurbanlı: Orxan Zeynalova münasibət orta əsr işgəncə metodunun təkrarıdır [Video-müsahibə]


Mübariz Qurbanlı: Millətçilik Rusiya hakimiyyətinin dayaqlarından biridir
please wait

No media source currently available

0:00 0:10:50 0:00

Mübariz Qurbanlı: Millətçilik Rusiya hakimiyyətinin dayaqlarından biridir

YAP icra katibinin müavini Mübariz Qurbanlının Amerikanın Səsinə müsahibəsi: “Millətçilik Rusiya hakimiyyətinin dayaqlarından biridir”

İqtidarda olan Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin Şəmkir rayonundan seçilmiş deputatı Mübariz Qurbanlı Amerikanın Səsinə müsahibəsində Moskvada həbs edilmiş Orxan Zeynalova qarşı qeyri-insani rəftarı pisləyib, Rusiya hüquq-mühafizə orqanlarının hərəkətini feodal münasibəti adlandırıb. Deputat Rusiya daxili işlər nazirini tənqid edib, millətçilik ideologiyasının qabardılmasının Rusiyaya böyük zərbə olacağını bildirib.

Müsahibədən seçmələr:

Cinayətdə milliyyətin araşdırılması düzgün deyil.
- Cinayətdə milliyyətin araşdırılması düzgün deyil. Rusiyada, o cümlədən Moskvada gündə yüzlərlə cinayət hadisəsi baş verir. Bu da sıradan bir hadisə idi. Orxan Zeynalovun həbsi, onun həbsinin Rusiya televiziyalarında məxsusi göstərilməsi, hadisənin şişirdilməsi, onun Rusiya daxili işlər nazirinin otağına gətirilməsi, bu cür təqdim olunması yol verilən deyil.

- Rusiya hüquq mühafizə orqanları Orxan Zeynalovun həbsi, onun təqdim edilməsi zamanı həm Rusiya qanunvericiliyinin, həm də beynəlxalq konvensiyalardan irəli gələn normaları çox kobud şəkildə pozub.

Rusiyada millətçilik həddindən artıq tüğyan edir.
- Orxan Zeynalovun doğulduğu Şəmkir rayonunun Seyfəli kəndi Azərbaycanın ən böyük kəndlərindən biridir. Bu kənddə 17 min nəfərədək insan yaşayır. Kəndin yetişdirdiyi meyvə-tərəvəz Azərbaycan və Rusiya bazarlarında satılır. Buradan Rusiya gediş-gəliş olduqca çoxdur. Kənddə Rusiya əleyhinə əhval-ruhiyyəni düşünmək sadəlövlük olardı.

- Rusiyada kimlərsə bu hadisəni azərbaycanlılar əleyhinə yönəltməyə cəhd edirlər. Təbii ki, burada ermənilərin barmağı var. Biryulevoda azərbaycanlıların əmlaklarına, dükanlarına edilən hücumlarda ermənilərin də iştirak etməsi barədə faktlar var.

Rusiyada millətçilik həddindən artıq tüğyan edir.
- Rusiyada ideoloji böhran yaşanmaqdadır. Bunun simtomplarını Orxan Zeynalovla bağlı baş verən hadisələrdə də görürük. Rusiyada millətçilik həddindən artıq tüğyan edir. Bu millətçilik Rusiya hakimiyyətinin dayaqlarından biridir.

- Rusiya millətçilərin tələblərini doğrultmaq, o kəsimin etirazlarının üzərinə su səpmək üçün Orxan Zeynalovun həbsini xüsusi olaraq təqdim eləmək, bununla da polisin cinayətkarlara qarşı ardıcıl mübarizə apardığını göstərmək istəyir.

- Rusiyada bütün miqrantlara qarşı münasibət olduqca mənfidir. Bu yalnız Azərbaycandan gedənlərə qarşı deyil.

Rusiyanın daxilindəki siyasi-ideoloji böhran, iqtisadi çətinliklər millətçiliyi qızışdırmaqdadır.
- Rusiyanın daxilindəki siyasi-ideoloji böhran, iqtisadi çətinliklər millətçiliyi qızışdırmaqdadır. Hakimiyyətdəki bəzi qruplar millətçiliyin qızışdırılmasında maraqlıdır. Bu düzgün yol deyil, olduqca təhlükəlidir.

- Miqrantlara qarşı təzyiqlər Rusiyanın özünə çox böyük ziyan vura bilər, mənfi fəsadlar verə bilər.

- Bu hadisəni bütövlükdə Azərbaycana təzyiq kimi qiymətləndirmirəm. Dövlət səviyyəsində Azərbaycana təzyiqdən söhbət gedə bilməz. Bu kriminal hadisəni şouya çevirməkdə məqsəd millətçi kəsimi sakitləşdirmək və hakimiyyətin millətçi kəsiminin tələblərinə tərəfdar olduğunu nümayiş etdirməkdir.

- Azərbaycanın rəsmi şəxsləri hadisə ilə bağlı vaxtında reaksiya veriblər. Azərbaycanın daxili işlər nazirliyi, Rusiyadakı səfirliyimiz bununla bağlı açıqlama verib. Biz xaricdə yaşayan Azərbaycan vətəndaşlarının hüquqlarını kifayət qədər yüksək səviyyədə qoruyuruq.

Mən Rusiya Daxili İşlər Nazirinin bu hərəkətini pisləyirəm.
- Burada söhbət cinayət əməlinin müdafiəsindən getmir, söhbət bu cinayət hadisəsindən sui- istifadə edib anti-Azərbaycan isterikasının yaradılmasına etirazdan gedir. Mən millət vəkili olaraq Rusiya daxili işlər orqanlarının Orxan Zeynalovun həbsi ilə bağlı səhnəni məxsusi olaraq göstərməsini və bunu insanı alçaldıcı şəkildə etməsini qətiyyətlə pisləyirəm. Bununla əlaqədar öz etirazımı bildirirəm.

- Mən Rusiya Daxili İşlər Nazirinin bu hərəkətini pisləyirəm. Bu mənə orta əsr səviyyəsində bir yanaşmanı xatırladır. Adətən orta əsrlərdə hökmdarın hüzuruna onun düşmənini bu formada gətirib başını qaldırardılar. Sonra hökmdarın hökmü ilə onun başını kəsərdilər. Bu ən azı orta əsr işgəncə metodlarının bir formasının tətbiqinin təkrarıdır.

Adətən orta əsrlərdə hökmdarın hüzuruna onun düşmənini bu formada gətirib başını qaldırardılar. Sonra hökmdarın hökmü ilə onun başını kəsərdilər.
- Rusiya daxili işlər naziri belə hərəkət edirsə o pisləniləcək. Bu hamı tərəfindən pisləniləcək və pislənir. Bundan istifadə edib Moskvada yaşayan azərbaycanlıların mülkünə və ya hüququna qəsd edilməsi Rusiyanın özünə ziyan vuracaq. Rusiyanın anti-miqrant siyasəti bu ölkənin iqtisadiyyatına çox ağır zərbələr vura bilər.

- Bunlar ötüb keçəcək. Rusiya hökuməti və prezidenti də bunun nəticələrini görəcək.

- Düşünmürəm ki, oradakı azərbaycanlılar bundan sonra işlərini atıb Azərbaycana qayıdacaq. Çünki belə hadisələr əvvəllər də olub.

- Bizim Rusiya ilə münasibətlərimiz dost münasibətləridir. Rusiyadakı diaspor təşkilatlarımız çox güclüdür. Hökumətimizin səyləri, dövlətlərarası münasibətlərimiz bu hadisədən sui-istifadəyə imkan verməyəcək.
XS
SM
MD
LG