Accessibility links

Mübariz Qurbanlı: ABŞ-la insan azadlıqları sahəsində əlaqələrimiz kifayət səviyyədədir [Video-müsahibə]


Yeni Azərbaycan Partiyasının icra katibinin müavininin Amerikanın Səsinə müsahibəsi

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı Amerikanın Səsinə müsahibəsində Amerika-Azərbaycan münasibətlərindən, insan hüquqları və demokratiya sahəsində əməkdaşlıqdan danışıb.

Amerikanın Səsi: Amerika Konqresinin Helsinki Komissiyasında Azərbaycanla bağlı dinləmələr keçirildi. Azərbaycanın rəsmi münasibəti necədir?

Mübariz Qurbanlı: ABŞ-ın Helsinki Komissiyasında bir sıra ölkələrlə bağlı dinləmələr keçirilir. Adətən Helsinki Yekun Aktına, ATƏT-ə daxil olmuş ölkələrlə bağlı dinləmələr keçirilir.

Müxtəlif xarakterli dinləmələr də ola bilər, bu hamıya bəllidir.
Lakin bəzən bu cür dinləmələrdə insan haqları, mətbuat azadlığı, vicdan azadlığı kimi məsələlərdə obyektivlikdən kənar tezislər ortaya qoyulur.
Münasibətim ondan ibarətdir ki, ABŞ Konqresində bu cür dinləmələr əslində bir hüquqi öhdəlik yaratmır. Biz bu dinləmələrdə Ermənistanın təcavüzü, eyni zamanda məcburi köçkünlərimiz, bütövlükdə Dağlıq Qarabağla Azərbaycanın mövqeyi ilə bağlı səslənən müsbət fikirləri müdafiə edirik.

Lakin bəzən bu cür dinləmələrdə insan haqları, mətbuat azadlığı, vicdan azadlığı kimi məsələlərdə obyektivlikdən kənar tezislər ortaya qoyulur. Mən çox istərdim ki, Helsinki dinləmələrinə qatılan konqres üzvləri ilk öncə həmin regiona səfər etsinlər. Bu ölkələr haqqında özləri konkret məlumatlar əldə etdikdən sonra dinləmələri keçirsinlər. Həmin konqresmenlər Azərbaycana səfər etsəydilər, cəbhə bölgəsində olsa idilər, müharibənin gedişi ilə bağlı məlumatları ilkin mənbələrdən alsa idilər Azərbaycan haqqında kifayət qədər təəssüratları olardı.

Bəzən Helsinki Komissiyasındakı dinləmələri Konqresin müvafiq qurumlarında hazırlayırlar. Onlar isə bir çox hallarda məlumatları mətbuatdan və ya ölkədəki müxalifətin tezislərindən götürürlər. Bu isə yanılışlığa yol açır.

Amerikanın Səsi: Son dövrlər Amerika səfiri də daxil olmaqla Amerikanın münasibətləri rəsmi dairələr tərəfindən tənqidlərə məruz qoyulur. Səbəb nədir?

Mübariz Qurbanlı: Mən belə düşünmürəm ki, bizdə Amerikanın siyasətini tənqid edirlər. ABŞ-la ikitərəfli əlaqələrimiz kifayət qədər yüksək səviyyədədir və prezidentimizin siyasətində də bu özünü açıq şəkildə göstərir.
Azərbaycan prezidentimiz cənab İlham Əliyev kimi dünya miqyasında mövqeyi, sözünün sahibi lideri olan bir ölkədir.
Sadəcə ABŞ səfiri Riçard Morninqstar Azərbaycanda verdiyi açıqlamalarda hesab edirik ki, Vyana Konvensiyasından irəli gələn müddəalara zidd çıxış edib. Ölkənin daxili işlərinə qarışmaq səviyyəsində çıxışlar edib. Eyni zamanda obyektiv olmayan fikirlər səsləndirib. Bununla bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin müvafiq cavabı olub. Çox məntiqli və dəyəli cavab idi. Bu da bizim haqqımız idi. Fikir mübadiləsi ediriksə, istər-istəməz mövqeyimizi ortaya qoymalıyıq. Azərbaycan hansısa diktə ilə işləyən, siyasətini müəyyən edən ölkə deyil. Azərbaycanın ərazisi kiçik, əhalisinin sayı az olsa da öz mövqeyini kifayət qədər qorumağa qadir olan ölkədir. Azərbaycan prezidentimiz cənab İlham Əliyev kimi dünya miqyasında mövqeyi, sözünün sahibi lideri olan bir ölkədir.

Ona görə də ABŞ-la münasibətləri yalnız bir səfir açıqlaması və digər açıqlamalarla müəyyən etmək olmaz. ABŞ-la bizim enerji təhlükəsizliyi, regional təhlükəsizlik, bütövlükdə strateji məsələlərlə bağlı çox ciddi əlaqələrimiz var və bizim ABŞ-la ikitərəfli əlaqələrimiz üçüncü dövlətə qarşı yönəlməyib. Bu dost münasibətlər dinc-yanaşı yaşamaq sisteminə uyğundur.

Amerikanın Səsi: Amma Azərbaycanın rəsmi mövqeyində daim ABŞ-Azərbaycan münasibətlərində enerji, təhlükəsizlik, iqtisadi, biznes münasibətləri sahəsindəki əlaqələr təriflənir, daha doğrusu dəstəklənir. Demokratiya, insan hüquqları, əsas azadlıqlar, fundamental azadlıqlar, seçki sistemi ilə bağlı Amerikanın münasibəti tənqid olunur. Səbəb nədir?

Mübariz Qurbanlı: Mənə elə gəlir ki, söhbət Amerika hökumətinin siyasətinin tənqidindən yox, Amerikada yerləşən qeyri-hökumət təşkilatları və ya bəzi qurumların açıqlamalarına münasibətdən gedir. Bəzən Amerika ərazisində yerləşən qurumların Azərbaycanla bağlı yaydığı hesabatlara bizim cavablarımızı Amerika hökumətinə, Amerika dövlətinin siyasətinə qarşı yozmaq istəyənlər olub. Bu belə deyil. Amerika hökumətinin mövqeyi Amerika prezidentinin, hökumət üzvlərinin, Dövlət Departamentinin sözçüsünün açıqlamasında özünü göstərməkdədir.
ABŞ-dan gələn sədalara cavab verilir, bu cavablar da bir az çox görünəndə bunu Amerika-Azərbaycan münasibətləri ilə yozmağa çalışırlar.
ABŞ prezidentinin 28 May-Respublika Günü münasibəti ilə prezidentimiz cənab İlham Əliyevə təbrikində Amerika-Azərbaycan münasibətləri ilə bağlı fikirlər səsləndirib. Prezidentimizin də Amerika prezidentinə yazdığı məktublarda bu fikrilər səsləndirilir. Yaxud da Dövlət Departamentinin sözçüsünün açıqlamalarında Azərbaycanla bağlı obyektiv olmayan fikrilərlə yanaşı mövqeyimizi müdafiə edən fikirlərə də rast gəlirik. ABŞ dünya siyasətində aparıcı rol oynayan ölkələrdəndir. Bu mənada bu və ya digər bölgələrdə baş verən hadisələrə münasibət ABŞ-dan gəlir. Ona görə də ABŞ-dan gələn sədalara cavab verilir, bu cavablar da bir az çox görünəndə bunu Amerika-Azərbaycan münasibətləri ilə yozmağa çalışırlar. Siz dediyiniz sahələrdə bizim çox gözəl əlaqələrimiz var. İnsan hüquq və azadlıqları ilə bağlı da əlaqələrimiz kifayət səviyyədədir.

Dövlət Departamentinin insan hüquq və azadlıqları ilə bağlı nümayəndələrinin səfərləri olur, prezidentimizlə görüşür, Milli Məclisdə, siyasi partiyalarda görüşlər keçirirlər. Bizim hökumətin bir mövqeyi var. Hökumətin mövqeyi ondan ibarətdir ki, bütün məsələlərə obyektiv, ədalətli yanaşılsın və Azərbaycanı müstəqil siyasətindən kimsə döndərməyə çalışmasın. Bu zaman biz ona adekvat cavab veririk.
XS
SM
MD
LG