Accessibility links

Mübariz Qurbanlı: Dini radikalizmə qarşı mübarizə beynəlxalq xarakterli məsələdir [Video-müsahibə]


Mübariz Qurbanlı: Dini radikalizmə qarşı mübarizə beynəlxalq xarakterli məsələdir
please wait

No media source currently available

0:00 0:07:24 0:00

Mübariz Qurbanlı: Dini radikalizmə qarşı mübarizə beynəlxalq xarakterli məsələdir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin Amerikanın Səsinə müsahibəsi

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Amerikanın Səsinə müsahibəsində radikal dini qruplara qarşı mübarizə, onları himayə edən dövlətlərin Azərbaycana təsirlərindən danışıb.

Amerikanın Səsi: Əfqanıstanda, Pakistanda, İraqda, Suriyada radikal dini qrupların tərkibində döyüşən Azərbaycan vətəndaşları həbs edilib. Azərbaycan vətəndaşlarının radikal dini qruplara qoşulmasının səbəbləri nədir?

Azərbaycanda bu cür qruplara qoşulanların sırasında macəra axtaranlar və “uğur əsgəri” kimi çıxış etmək istəyənləri daha çox görə bilərik

Mübariz Qurbanlı: Ümumiyyətlə radikal qrupların meydana gəlməsinin səbəbləri müxtəlifdir. Bu ayrı-ayrı ölkələrdə ayrı-ayrı səbəblər üzündən ola bilər. Dini bilməməzlikdən olur. Bəzən elə yaşda olur ki, macəra axtarışında olur. Elə adamlar var ki, gənc yaşındadır, - “uğur əsgərləri” deyirlər, - elə bilir ki, müharibəyə getmək, hansısa vuruşda iştirak etmək ona uğur gətirə bilər. Bu cür düşünənlər də var. Burada əlbəttə radikal dini qrupların təbliğat-təşviqatı da rol oynayır. Biz əgər ümumiləşmiş şəkildə desək Azərbaycanda bu cür qruplara qoşulanların sırasında macəra axtaranlar və “uğur əsgəri” kimi çıxış etmək istəyənləri daha çox görə bilərik. Yəni sosial baxım,

Mübariz Qurbanlı
Mübariz Qurbanlı

iqtisadi baxım axırıncı yerdə durur. Çünki gedib qanunsuz silahlı birləşmələrə qatıldığı ölkələrdən Azərbaycan sosial həyat tərzinə görə, inkişafına görə qat-qat üstün vəziyyətdədir. Burada dini təbliğat vasitə ola bilər. Bir də dini zəif bilməyin də burada bəzən təsiri ola bilər.

Amerikanın Səsi: Bir sıra radikal dini qruplar Azərbaycanda və ya Qafqazda əmir təyin edirlər. Radikal dini qruplaşmaların Azərbaycandakı ictimai-siyasi hadisələrə və siyasi mübarizə sisteminə təsirləri necədir? Buna qarşı mübarizə aparılırmı?

Dini radikal qruplar, müəyyən bölgələr üzrə əmir təyin edir, vəzifə paylayır, bunun özü gülüş doğurur.

Mübariz Qurbanlı: Bilirsinizmi, dini radikal qruplar, tutaq ki, müəyyən bölgələr üzrə əmir təyin edir, vəzifə paylayır və sairə, bunun özü gülüş doğurur. Yəni arxasında böyük güc olmayan, müəyyən mənada hər hansı ictimai dəstəyi olmayan, hansısa bir qrupun özünə vəzifə təyin etməsi siyasi özfəaliyyətdən uzağa gedən məsələ deyil. Yəni bu özfəaliyyətədir. Yəni özü-özünə vəzifə təyin edir. Azərbaycan üçün bu cür qrupların kimisə harayasa təyin etməsi nə ictimai rəydə əks-səda doğurur, nə də şüurlarda əks-səda doğurur. Hesab edirəm ki, bu cür “təyinatlar” bizim ictimai-siyasi həyatımıza təsir göstərə bilməz. Bu tip hərəkətlərə yol vermiş adamlar özü-özünü aldatmış adamlardır. Hesab edirəm ki, bu Azərbaycan üçün xarakterik olan məsələlər deyil.

Amerikanın Səsi: Azərbaycan rəsmiləri bir sıra dövlətlərin Avropa Oyunları qabağı dini radikal qruplardan istifadə etmək istəməsi ilə bağlı bəyanatlar veriblər. Bu mənada xarici dini radikal qrupların və yaxud onu himayə edən dövlətlərin Azərbaycandakı daxili sabitliyə təsirləri ola bilərmi?Buna qarşı qabaqlayıcı tədbirlər görülürmü?

Mübariz Qurbanlı: Möhtərəm prezidentimiz, cənab İlham Əliyev Azərbaycana qarşı olan dairələri üç istiqamətdə xarakterizə edib və çox dəqiq xarakteristikasını vermişdi. Erməni lobbisi və onunla bağlı dairələr, Ermənistanın özü - bizə düşmən ölkə, işğalçı ölkə, - onların bizə qarşı apardığı təxribatlar, eyni zamanda

Mübariz Qurbanlı
Mübariz Qurbanlı

Azərbaycanın bölgədə güclənməsindən təşviş keçirən ölkələrdəki qruplar ola bilər. Dövlət səviyyəsində biz yalnız Ermənistanla açıq müharibə vəziyyətindəyik, Ermənistan bizim torpaqlarımızı işğal edib. Belə baxdıqda sözdə bütün dövlətlər bizimlə normal münasibətlərdə olduğunu bəyan edir. Biz indi 150-dən çox ölkə ilə ticarət-iqtisadi əlaqələr saxlayırıq. O ki, qaldı Avropa Oyunlarına, bu oyunlar Azərbaycan üçün siyasi, ictimai, ideoloji, mənəvi, psixoloji əhəmiyyət kəsb edən böyük bir hadisədir. Hər bir azərbaycanlı qürur duymalıdır ki, onun ölkəsində ilk dəfə olaraq bu oyunlar keçirilir və tarixə daxil olacaq bir hadisədir. Bizim ölkənin də gücünü göstərən bir hadisədir. Bunun bizim üçün mənəvi tərəfləri də var. Buna mane olmaq istəyənlərə gəldikdə isə bayaqkı həmin

Təbii ki, erməni lobbisi, ona bağlı dairələr Azərbaycanın nüfuzunun artmasını istəməzlər və ona görə də Azərbaycana qarşı təxribatlar törədə bilərlər.

qruplaşmaları göz önünə gətirə bilərik. Təbii ki, erməni lobbisi, ona bağlı dairələr Azərbaycanın nüfuzunun artmasını istəməzlər və ona görə də Azərbaycana qarşı təxribatlar törədə bilərlər. O ki, qaldı müsəlman ölkələrinə, bu ölkələrdə hansısa radikal qrupların bu cür oyunların əleyhinə çıxmasını mən anlamıram və anormal görürəm. O radikal qruplara bu hansısa bir formada təsir göstərmir. Biz 2017-ci ildə islam ölkələri oyunlarını da Bakıda keçirməyi düşünürük. Həmin radikal qruplar və ya digər qruplar da burada Avropa Oyunlarını əngəlləməkmi və yaxud onun qarşısını almaq kimi cəhdlər edə bilməzlər, etmək istəsələr də qətiyyətlə qarşısı alınacaq. Bizim hüquq-mühafizə, təhlükəsizlik sisteminiz çox güclüdür.

Amerikanın Səsi: Azərbaycan, Türkiyə, İran, Pakistan və dünyanın bir sıra digər qabaqcıl ölkələri dini radikal qruplara qarşı mübarizəni vacib sayırlar. Bu mənada dini radikal qruplara qarşı dövlətlərin birliyi vacibdirmi?

Bütün dövlətlərin həmrəy olması vacibdir. Çünki dini radikalizmi və dini ekstremizmi nəticədə terrora gətirib çıxarır.

Mübariz Qurbanlı: Dini radikalizmi yalnız islama xas məsələ deyil. Dini radikalizmi xristianlıqda da var, hətta ən tolerant din olan buddizmin içərisində də var. Hətta yəhudiliyin içərisində də dini radikalizmi və ekstremizmi elementləri var. Ona görə də dini radikalizmə və dini ekstremizmə qarşı mübarizə beynəlxalq xarakterli bir məsələdir. Buna görə də bütün dövlətlərin həmrəy olması vacibdir. Çünki dini radikalizmi və dini ekstremizmi nəticədə terrora gətirib çıxarır. Bu xristian terroru da ola bilər, müsəlman terroru da ola bilər. Terrorun da milliyyəti, dini və cinsi olmur. Ona görə də burada dövlətlərin əməkdaşlığına böyük ehtiyac var. Bu günlərdəQafqaz Müsəlmanları İdarəsi, Milli Elmlər Akademiyası və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi birgə bir beynəlxalq tədbir keçirdi. Həmin tədbirdə islami dəyərlər vəmüasir dövr mövzusunda müzakirələrdə məhz, islam dünyasında radikal qruplara qarşı birləşmənin, birgə mübarizənin və dini maarifçiliyin böyük əhəmiyyət kəsb etdiyini hamı vurğuladı. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də bu istiqamətdə işlər gedir.

XS
SM
MD
LG