Accessibility links

Mübariz Qurbanlı: Human Rights Watch-un hesabatındakı məlumatlar obyektiv deyil


Mübariz Qurbanlı: Human Rights Watch-un hesabatındakı məlumatlar obyektiv deyil

Mübariz Qurbanlı: Human Rights Watch-un hesabatındakı məlumatlar obyektiv deyil

Yeni Azərbaycan partiyasının rəsmisi Mübariz Qurbanlı Human Rights Watch təşkilatının Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı məlumatını qəbul etmir. Onun fikrincə, ölkədə azad və demokratik seçkilər keçirilib, söz, fikir, toplaşmaq, dini azadlıqlar təmin edilib

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlının Amerikanın Səsi radiosuna müsahibəsi: Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı Amerikanın Səsi radiosuna müsahibəsində Human Rights Watch təşkilatın dünyada insan haqlarının vəziyyəti ilə bağlı illik hesabatında Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin pis olaraq qalması fikri ilə razılaşmır. Onun dediyinə görə, ölkədə azad və demokratik seçkilər keçirilib, söz, fikir, toplaşmaq, dini azadlıqlar təmin edilib.

Sual: Human Rights Watch-ın dünyada insan hüquqlarının vəziyyəti ilə bağlı illik hesabatında Azərbaycanla bağlı ciddi tənqidlər var. Tənqidləri qəbul edirsinizmi?

Cavab: Bu hesabatlar hər il yayılır. Bizi narazı salan məqam odur ki, hesabatdakı məlumatlar dəqiq deyil. Hesabata məlumatlar yoxlanılmadan daxil edilir. Hesabatı oxuyanda məlum olur ki, bir qayda olaraq məlumatlar Azərbaycan müxalifətinin mediasından götürülür. Əgər, Human Rights Watch-un nümayəndəsi Azərbaycana gələrək ayrı-ayrı təşkilatlarla, medialarla, radio-televiziyalarla, siyasi partiyalarla, o cümlədən Yeni Azərbaycan Partiyası və müxalifət partiyaları ilə görüşlər keçirib, əldə etdikləri məlumatları müqayisəli təhlil etsə idi, hesabat obyektiv xarakter daşıyardı. Təəssüf ki, təşkilatın hesabatındakı məlumatlar obyektiv deyil.

Belə təəssürat yaranır ki, guya 2010-cu ildə Azərbyacanda parlament seçkiləri düzgün keçirilməyib. Əslində isə 2010-cu il parlament seçkiləri azad, ədalətli və demokratik şəraitdə keçirilib. Bütün namizədlər üçün bərabər imkanlar yaradılıb, namizədlərə televiziya vasitəsi ilə seçicilərinə müraciət imkanları yaradılıb, azad rəqabət şəraiti olub. Seçkilər ATƏT-in, Avropa Şurasının müşahidə missiyası tərəfindən izlənib. Onların bəyanatlarında da seçkilərin demokratikliyi özünə yer alıb. Avropa Şurasındakı çıxışlarda da bu, xüsusi qeyd edilib.

Jurnalistlərlə bağlı məsələyə gəlincə, dəfələrlə demişik ki, jurnalsitlər xüsusi bir təbəqə deyil. Onalar da Azərbaycan vətəndaşlarıdır. Vətəndaşlara qanunlar necə şamil edilirsə, jurnalistlərə də eyni qaydada şamil olunur. İnsanlar, vətəndaşlar qanun qarşısında fərqləndirilmirlər.

Hesabatda cərbəst toplaşmaq azadlığı barədə səslənən fikirlər də düzgün deyil. Azərbaycanda sərbəst toplaşmaq azadlığı var və bu, “Sərbəst toplaşmaq haqqında” qanunla tənzimlənir. Siyasi partiyalar sərbəst toplaşmaq azadlığından istifadə edir və bu gün də istifadə etmək imkanına malikdirlər.

Hesabatda jurnalistlərlə bağlı sadalanan faktlar da özünü doğrultmur. Çünki, jurnalsitlər Azərbaycan Cinayət Məcəlləsinin ayrı-ayrı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.

Diffamasiya ilə bağlı fikirlər də düzgün deyil. Diffamasiya ilə bağlı Avropanın bir çox ölkələrində qanun yoxdur. Diffamasiya Avropa Şurasına üzv dövlətlərin 70-80 faizində belə həllini tapmayıb. Belə bir halda, Azərbaycandan bu qanunu qəbul etməyin tələb edilməsi anormaldır. Azərbaycan yüz illərlə demokratiya yolunda olan ölkələrlə müqaisədə çox gəncdir. Ancaq, Azərbaycan demokratiya yolunda çox sürətlə irəliləyir.

Sual: Hesabatda Amerika preizdenti Brak Obama, o cümlədən Avropa İttifaqına üzv dövlətlərin liderləri insan hüquqları sahəsində təsiredici ciddi addımlar atmadığına görə tənqid edilir. Necə baxırsınız, Azərbaycanla müqayisədə Amerika və Avropanın tənqidi doğrudurmu?

Cavab: Bu sualı Amerika və Avropa dövlət liderlərinin mətbuat xidmətlərinin rəhbərlərinə yönəltmək lazımdır. İnanmıram ki, Dövlət Departamenti hesabatı tam surətdə bölüşmüş olsun. Cənab Obamanın mətbuat katibinin və ya onun bu sahəyə məsul müşavirlərinin tənqidin doğru olduğunu təsdiq edəcəyinə də inanmıram. Əgər, prezident Obamanın adminsitrasiyası insan haqları ilə bağlı sayqısızlıq göstəribsə, bununla bağlı cavab verməli olar. Bu mənada Human Rights Watch-un hesabatını doqma kimi qəbul etmək, bir sadəlövlük olar. Hesab edirəm ki, Azərbaycanda da, Amerikada da, Avropada da təşkilatın hesabatını bölüşməyənlər var. Müqayisə aparmaq fikrində deyiləm.

Human Rights Watch-un hesabatında obyektiv xarakter daşıyan məqamlar da var. Məsələn, Ermənistanla, Dağlıq Qarabağdakı işğalçı rejimlə bağlı məlumatlar obyektivdir. Amma, Azərbaycanla bağlı hissədə dəqiq olamayan məlumatlar var və biz bununla razılaşmırıq.

Sual: Human Rights Watch məlumatlarının əksəriyyətini məhkəmə qərarlarına istinadən tərtib edib. Bu mənada məhkəmələrin qərarlarını necə qiymətləndirirsiniz?

Cavab: Azərbaycan hüquqi dövlətdir. Məhkəmələrin qərarlarından yalnız yuxarı instansiya məhkəmələrə şikayət etmək olar. O cümlədən, Azərbaycan məhkəmələrinin qərarlarından şikayət hüququ Avropa Məhkəməsinədək davam etdirilə bilir. Azərbaycanda məhkəmə qərarlarından narazı insanlar bir qayda olaraq yuxarı məhkəmə instansiyalarına, Konstitusiya məhkəməsinə və Avropa məhkəməsinə şikayət edir. Məhkəmə qərarlarından ziyan çəkənlər adətən, Avropada da, Türkiyədə də, digər ölkələrdə də narazı olur və şikayət edir. Azərbaycanda da belədir. Azərbaycanda məhkəmə qərarları hüquqa, ədalətə və qanunvericiliyə söykənir.

Sual: Azərbaycan təşkilatın hesabatında tənqid olunduğu hansı məqamlarla razılaşır? Çünki çoxsaylı sahələr, o cümlədədn media, söz, toplaşmaq, seçki, birləşmək və başqa azadlıqlar sahəsində problemlərdən danışılır.

Cavab: Azərbaycanda mətbuat və söz azadlığı sahəsində çox böyük irəliləyiş əldə edilib. Əğər hesabatda irəliləyişlər əks olunsa idi və bu fonda problemlərə də toxunulsa idi, biz bunları qəbul edə bilərik. Amma orada deyilən nöqsanlara sistemli yanaşdıqda bir çoxunun obyektiv olmadığını görürük və razılaşmırıq.

XS
SM
MD
LG