Accessibility links

Müdafiə nazirinin keçmiş müavini Pentaqonun rəhbəri vəzifəsinə namizəd göstərilir


ABŞ-ın Müdafiə nazirinin keçmiş müavini Eşton Karter müdafiə naziri Çak Heygeli bu vəzifədə əvəz edəcək namizədlər siyahısında göstərilib.

Ağ Evin sözçüsü Coş Ernst bunun hələ elan edilmədiyini bildirsə də, Karterin bu yüksək vəzifəni tutmaq üçün qabiliyyətlərini və prezident Obamanın siyahısında olduğunu deyib.

Coş Ernst Karterin bundan öncə müdafiə nazirinin müavini vəzifəsinə Senatda dərhal təsdiq edildiyini qeyd edib. Bu, siyasi fikir ayrılıqlarının mövcud olduğu Vaşinqton üçün təqdirə layiq bir hal kimi göstərilir.

İxtisasca fizik olan 60 yaşlı Eşton Karter ABŞ-ın milli təhlükəsizlik sahəsində yaxşı tanınan siyasi fiqurdur. O, Pentaqonda işlədiyi müddətdə silah satşışı ilə bağlı məsələlərə görə məsuliyyət daşıyıb. Lakin iki il bundan əvvəl cənab Obama Senat üzrə həmkarı Çak Heygeli müdafiə naziri elan edərkən onun adı çəkilməyib.

Eşton Karter Çak Heygel və ondan əvvəl Leon Panettanın müavini olub. Heygelin müavini kimi o, 600 milyonluq büdcə və 2,4 milyon mülki və hərbi personala görə məsuliyyət daşıyıb.

Eşton Karter silahlı qüvvələrdə heç vaxt xidmət etmyib, lakin təhlilçilər onun müasir silahlara dair dərin biliyə malik olduğunu bildirir.

XS
SM
MD
LG