Accessibility links

İstanbulda Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli və Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz arasında üçtərəfli formatda görüş keçirilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə ölkələr arasında müdafiə sahəsində əməkdaşlığın üçtərəfli formatda inkişaf perspektivləri, dünyada və regionda cərəyan edən proseslər, bölgədə sülhün, sabitliyin və iqtisadi inkişafın təmin olunması istiqamətində fəaliyyətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin qeyd olunub ki, üç qonşu xalq arasında dostluq əlaqələri inkişaf edir və dövlətlər arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər xalqların iradəsini əks etdirir. Qarşılıqlı etimada əsaslanan bu əlaqələr regionda sülhün və sabitliyin, davamlı inkişafın bərqərar edilməsi, eləcə də xalqların rifahının təmin olunması baxımından mühüm rol oynayır.

XS
SM
MD
LG