Accessibility links

Müdafiə Nazirliyi ABŞ səfirinin görüşdə dediyi sözlərin təhrif olunmadığını israr edir


Müdafiə naziri Səfər Əbiyev
Müdafiə naziri Səfər Əbiyev

Azərbaycan tərəfi buna dair audio yazının olduğunu iddia edir.

Müdafiə naziri Səfər Əbiyev və ABŞ-ın Azərbaycanda səfiri Riçard Morninqstar arasında oktyabrın 14-də keçirilən görüşdə prezident seçkiləri ilə bağlı səfirin söylədikləri mətbuata açıqlandıqdan sonra səfirlik məlumatın dəqiq olmaması mövqeyi ifadə edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə verilən məlumata görə aid olan hissəsində heç bir təhrifə yol verilməyib, onun sözləri olduğu kimi yayılıb.

"Əgər səfirlik mövqeyində israr edərsə, Müdafiə Nazirliyi səfir Riçard Morninqstarın fikirlərinin audio yazısını təqdim etməyə hazırdır".

Müdafiə Nazirliyinin mətbuat xidməti görüş zamanı heç bir qeyri-dəqiqliyə və doğru olmayan fikirlərin yayılmasına yol vermədiyini bir daha bəyan edib.

Dünən Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi səfir Morninqstarın Azərbaycan Müdafiə Naziri ilə görüşü barədə verilən məlumatlara aydınlaşdırma yayıb.

Aydınlaşdırmada deyilir:

“Azərbaycan Müdafiə Nazirliyi səfir Morninqstarla Azərbaycan Müdafiə naziri arasında baş tutmuş görüş barədə məlumat yayıb. Bu özəl diplomatik görüş olub. Görüş konstruktiv xarakter daşıyıb. Lakin, səfir Morninqstara aid edilən fikirlər dəqiq deyil”, deyə Amerika səfirliyi bildirir.

Azərbaycan rəsmiləri iddia edir ki, həmin görüşdə Azərbaycandakı prezident seçkiləri ilə bağlı münasibətini ifadə edən səfir Morninqstar deyib ki, seçkilər artıq arxada qalıb və İlham Əliyev qalibdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG