Accessibility links

Ukraynadakı separatçıların bombalanmasında Azərbaycan aerodromlarından istifadə edilməsi barədə məlumatlar təkzib edilir


Müdafiə nazirliyi

Müdafiə nazirliyi

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb

Azərbaycan Müdafiə Nazirliyi bəzi KİV-lərdə Ukraynadakı separatçıları bombalayan NATO təyyarələrinin Azərbaycandakı aerodromlardan istifadə etməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Müdafiə Nazirliyinin rəsmi açıqlamasında deyilir:

"Bəzi kütləvi informasiya vasitələrində NATO-ya məxsus təyyarələrin Ukraynadakı separatçıları bombalamaq məqsədilə yanacaq doldurulması üçün müxtəlif dövlətlərlə yanaşı, guya Azərbaycan ərazisindəki aerodromlardan da istifadə etməsi haqqında yayılan və heç bir fakta söykənməyən məlumatların əsası yoxdur və bu kimi informasiyalar təxribat xarakteri daşıyır", Müdafiə Nazirliyi bildirir.

XS
SM
MD
LG